Vəzifənin məqsədi:
- Şirkətin maliyyə strategiyasının formalaşdırılmasına və icrasına rəhbərlik etmək, maliyyə dayanıqlığını, rentabelliyi və likvidliyi təmin etmək, maliyyə risklərini effektiv idarə etmək, investisiya və kapital idarəetməsi üzrə strateji qərarların qəbulunu dəstəkləmək, eləcə də biznesin uzunmüddətli inkişafına və korporativ məqsədlərinə nail olunmasına töhfə vermək.
Əsas fəaliyyət istiqamətləri:
Ümumi idarəetmə:
- Şirkətin maliyyə strategiyasını formalaşdırmaq və icrasına rəhbərlik etmək;
- Şirkətin strateji hədəflərinə uyğun olaraq aylıq, rüblük və illik maliyyə planlarını, büdcələri və əsas performans göstəricilərini (KPI) müəyyən etmək və icrasına nəzarət etmək;
- Maliyyə fəaliyyətinin korporativ strategiya, idarəetmə prinsipləri və daxili siyasətlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Maliyyə risklərinin idarə olunması strategiyasını müəyyən etmək, riskləri qiymətləndirmək və onların minimallaşdırılması üzrə tədbirlərə rəhbərlik etmək;
- Şirkətin maliyyə dayanıqlığını, likvidliyini və kapital resurslarının səmərəli idarə olunmasını təmin etmək.
Maliyyənin idarə olunması:
- Büdcələmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinə strateji rəhbərlik etmək;
- Pul vəsaitlərinin hərəkətinin (Cash Flow) effektiv idarə olunmasını, likvidliyin qorunmasını və maliyyə resurslarının optimallaşdırılmasını təmin etmək;
- Gəlir və xərclərin təhlilini aparmaq, rentabelliyin və maliyyə effektivliyinin artırılması üzrə təşəbbüslər hazırlamaq və həyata keçirmək;
- Maliyyə hesabatlarının qanunvericiliyin və tətbiq olunan standartların tələblərinə uyğun hazırlanmasını və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Vergi, audit və digər maliyyə yoxlamalarının effektiv koordinasiyasını təşkil etmək, maliyyə fəaliyyətinin uyğunluq (Compliance) tələblərinə cavab verməsini təmin etmək;
- Banklar, maliyyə institutları, investorlar və digər strateji tərəfdaşlarla maliyyə münasibətlərini idarə etmək;
- Debitor və kreditor borclarının effektiv idarə olunmasını, habelə dövriyyə kapitalının optimallaşdırılmasını təmin etmək;
- Şirkətin maliyyələşdirmə ehtiyaclarını müəyyən etmək, kredit, investisiya və digər maliyyə resurslarının cəlb edilməsi proseslərinə rəhbərlik etmək.
Maliyyə komandasının idarə olunması:
- Maliyyə və mühasibatlıq funksiyalarına strateji rəhbərlik etmək, komandanın effektiv fəaliyyətini və davamlı inkişafını təmin etmək;
- Maliyyə komandasının strukturunun, resurslarının və səlahiyyət bölgüsünün biznes ehtiyaclarına uyğun formalaşdırılmasını təmin etmək;
- Struktur bölmələri arasında effektiv əməkdaşlığın və maliyyə intizamının təşviq edilməsini təmin etmək;
- Komanda üzvlərinin fəaliyyətini qiymətləndirmək, istedadların inkişafı və varislik planlaması (Succession Planning) proseslərini dəstəkləmək;
- Yüksək performans, hesabatlılıq, etik davranış və nəticəyönümlülük mədəniyyətinin formalaşdırılmasını təmin etmək;
- Maliyyə sahəsində peşəkar biliklərin və qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək.
Biznesin inkişafı və performansın idarə olunması:
- Maliyyə və əməliyyat göstəricilərini təhlil etmək, biznesin davamlı inkişafına və strateji məqsədlərinə nail olunmasına yönəlmiş qərarların qəbulunda iştirak etmək;
- İnvestisiya layihələrinin, yeni biznes təşəbbüslərinin və strateji layihələrin maliyyə təhlilini aparmaq, onların effektivliyini və risklərini qiymətləndirmək;
- Biznes proseslərinin optimallaşdırılması, xərclərin idarə olunması və maliyyə effektivliyinin artırılması üzrə təşəbbüs və layihələrə rəhbərlik etmək;
- İcraçı rəhbərliyə strateji maliyyə məsələləri üzrə təkliflər, təhlillər və hesabatlar təqdim etmək;
- Daxili nəzarət, korporativ idarəetmə və maliyyə idarəetmə sistemlərinin effektiv fəaliyyətini və davamlı təkmilləşdirilməsini təmin etmək;
- Şirkətin uzunmüddətli inkişafı, investisiya imkanları və maliyyə dayanıqlığının artırılması ilə bağlı strateji təşəbbüslərin hazırlanmasında iştirak etmək.
Tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. MBA, ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- Maliyyə idarəçiliyi sahəsində minimum 8-10 il iş təcrübəsi, o cümlədən ən azı 4-5 il rəhbər vəzifədə uğurlu təcrübə;
- Maliyyə strategiyasının hazırlanması və icrası, maliyyə planlaşdırılması, büdcələmə, proqnozlaşdırma, investisiya və risklərin idarə olunması sahələrində dərin bilik və praktiki təcrübə;
- Vergi qanunvericiliyi, maliyyə hesabatlılığı, audit, korporativ idarəetmə və uyğunluq (Compliance) tələbləri üzrə güclü biliklər;
- Maliyyə göstəricilərinin təhlili, biznesin inkişafına yönəlmiş qərarların hazırlanması və strateji qərarvermə sahəsində təcrübə;
- Banklar, maliyyə institutları, investorlar və digər maliyyə tərəfdaşları ilə əməkdaşlıq və danışıqların aparılması sahəsində təcrübə;
- Güclü analitik düşüncə, strateji yanaşma və qərarvermə bacarıqları;
- Liderlik, komanda idarəetməsi, dəyişikliklərin idarə olunması və effektiv kommunikasiya bacarıqları;
- Yüksək etik standartlara sahib olmaq, nəticəyönümlülük və məxfilik prinsiplərinə riayət etmək bacarığı;
- Azərbaycan dilini səlis bilmək, ingilis dilini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlük hesab olunur.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.