İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
- Bank və kassa əməliyyatlarının icrası;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Kiçik mühasiblərin işinə nəzarət etmək.
Namizədə tələblər:
- Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il;
- Logo proqramı ilə iş təcrübəsi;
- Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
- Milli mühasibat uçotu standartlarını bilmək;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
Müraciət qaydası:
CV-nizi qeyd edilmiş elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.