Vəzifənin məqsədi:
- Azərbaycan üzrə satış strategiyasının formalaşdırılmasını və icrasını təmin etmək, satış kanallarının effektiv fəaliyyətinə rəhbərlik etmək, davamlı satış artımına nail olmaq və şirkətin bazar mövqeyinin gücləndirilməsini təmin etmək.
Əsas fəaliyyət istiqamətləri:
Ümumi idarəetmə:
- Şirkətin satış strategiyasını formalaşdırmaq, icrasını təmin etmək və nəticələrinə nəzarət etmək;
- Aylıq, rüblük və illik satış planlarını və əsas performans göstəricilərini (KPI) formalaşdırmaq, faktiki nəticələri təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- Satış proseslərinin şirkətin strategiyasına, qiymət siyasətinə, korporativ standartlara və biznes hədəflərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək və nəzarətdə saxlamaq;
- Satış kanalları üzrə inkişaf imkanlarını müəyyənləşdirmək, bazar tendensiyalarını izləmək, satış effektivliyinin artırılması, müştəri bazasının genişləndirilməsi, bazar payının artırılması və biznesin davamlı inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsini təmin etmək.
Satışın idarə olunması:
- Satış kanallarının inkişaf strategiyasını müəyyən etmək və davamlı satış artımını təmin etmək;
- Strateji tərəfdaşlıqların qurulmasını, mövcud müştəri portfelinin inkişafını və yeni biznes imkanlarının yaradılmasını təmin etmək;
- Satış kanallarının gəlirliliyinin, bazar payının və kommersiya göstəricilərinin artırılmasına rəhbərlik etmək;
- Qiymət siyasəti, kommersiya şərtləri və əməkdaşlıq modellərinin şirkətin strateji məqsədlərinə uyğun formalaşdırılmasını təmin etmək;
- Bazar tendensiyalarını, rəqabət mühitini və inkişaf imkanlarını qiymətləndirərək biznesin böyüməsinə yönəlmiş qərarlar qəbul etmək;
- Yeni məhsul və xidmətlərin satış kanalında uğurlu kommersiyalaşdırılmasını təmin etmək.
Satış komandasının idarə olunması:
- Satış komandasının fəaliyyətini koordinasiya etmək, inkişaf etdirmək və yüksək performans mədəniyyətinin formalaşdırılmasını təmin etmək;
- Struktur bölmələrinin fəaliyyətini koordinasiya etmək və funksiyalararası əməkdaşlığı təmin etmək;
- Komanda üzvlərinin performansını qiymətləndirmək, inkişaf və varislik planlarını dəstəkləmək.
- Biznesin inkişafı və performansın idarə olunması:
- Bazar və rəqabət mühitini təhlil etmək, yeni biznes imkanlarını müəyyənləşdirmək;
- Satış effektivliyinin artırılması və davamlı biznes inkişafına yönəlmiş layihələrin həyata keçirilməsini təmin etmək;
- Kommersiya və satış göstəricilərinin monitorinqini aparmaq, performans analizləri hazırlamaq və satış effektivliyinin artırılması üzrə təşəbbüslər irəli sürmək.
Tələblər:
- Biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- Satış və kommersiya fəaliyyətinin idarə olunması sahəsində minimum 7 il iş təcrübəsi, o cümlədən ən azı 4 il rəhbər vəzifədə uğurlu təcrübə;
- Pərakəndə və topdan satış kanallarının idarə olunması, satış strategiyasının hazırlanması və icrası üzrə dərin bilik və praktiki təcrübə;
- Satış planlaşdırılması, büdcələmə, performansın idarə olunması və biznes göstəricilərinin təhlili sahəsində təcrübə;
- Güclü liderlik, strateji düşüncə, qərarvermə, danışıqların aparılması və komanda idarəetmə bacarıqları;
- MS Office proqramları, ERP sistemləri və biznes analitika alətləri üzrə biliklər;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq, nəticəyönümlülük və dəyişikliklərin idarə olunması bacarıqları;
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.