Şirkətin maliyyə fəaliyyətinin effektiv idarə edilməsini təmin edəcək təcrübəli Maliyyə Direktoru axtarırıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi maliyyə siyasətini hazırlamaq və həyata keçirilməsinə rəhbərlik etmək;
- İllik büdcənin hazırlanmasını, icrasına nəzarəti təşkil etmək;
- Gəlir, xərc, mənfəət və rentabellik göstəricilərini təhlil etmək;
- Pul vəsaitlərinin hərəkətini (Cash Flow) və likvidliyi idarə etmək;
- Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər görmək;
- Maliyyə hesabatlarının düzgün və vaxtında hazırlanmasını təmin etmək;
- Vergi öhdəliklərinin və qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Maliyyə nəzarəti və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini təmin etmək;
- Şirkətin investisiya və inkişaf layihələrinin maliyyə qiymətləndirilməsini həyata keçirmək;
- Maliyyə departamentinin fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;
- Rəhbərliyə maliyyə nəticələri və biznesin inkişafı ilə bağlı analitik hesabatlar və təkliflər təqdim etmək.
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə təhlili üzrə dərin biliklər;
- Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə praktiki biliklər;
- Maliyyə hesabatlığı üzrə (milli və IFRS) dərin və köklü biliklər;
- Pul vəsaitlərinin hərəkətinin və dövriyyə kapitalının idarə edilməsi üzrə təcrübə;
- ERP və maliyyə proqramları, MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı;
- Strateji düşünmə, analitik təhlil və qərarvermə bacarığı;
- Güclü liderlik, kommunikasiya və komanda idarəetmə bacarıqları;
- Yüksək məsuliyyətlilik və nəticəyönümlülük.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və inkişafyönümlü iş mühiti;
- Şirkətin strateji qərarvermə prosesində iştirak imkanı.
İş yeri: Sədərək TM
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, razılaşma yolu ilə.
CV-lərinizi mövzu hissəsində “Maliyyə Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.