Supertoys MMC komandamıza Satış Kanalları üzrə Bölmə Rəhbəri axtarırıq!
Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
- Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
- Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
- Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;
- Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;
- Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
- Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;
- Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
- Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;
- E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
- Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;
- Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.
Namizədə tələblər
- Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
- Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
- Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;
- Marketplace platformalarının iş prinsiplərini bilmək;
- Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
- KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı;
- Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
- 1C və PowerBI işləmək bacarığı
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.