Əsas vəzifə öhdəlikləri:
- Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Satış nöqtələrində brendin görünürlüğünü təmin etmək;
- Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər promosyon tədbirlərinin planlaşdırılması və təşkili;
- Mağazadaxili reklam materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə nəzarət;
- Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual təqdimatının təmin edilməsi;
- Satış göstəricilərinin təhlili və satışın artırılması üçün təkliflərin hazırlanması;
- Rəqib şirkətlərin kampaniyalarının və bazar tendensiyalarının araşdırılması;
- Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
- Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili;
- Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına nəzarət etmək.
- Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə nəzarət.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Trade marketinq, marketinq və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Trade marketinq alətləri, satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi üstünlükdür;
- Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır olmaq.
Üstünlük hesab olunur:
- FMCG sektorunda iş təcrübəsi;
- Promosyon kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə;
- Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək bacarığı.
Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.