Trade Marketinq üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Trade Marketinq üzrə Mütəxəssis

  • Deadline 10 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Satış nöqtələrində brendin görünürlüğünü təmin etmək;
  • Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər promosyon tədbirlərinin planlaşdırılması və təşkili;
  • Mağazadaxili reklam materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə nəzarət;
  • Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual təqdimatının təmin edilməsi;
  • Satış göstəricilərinin təhlili və satışın artırılması üçün təkliflərin hazırlanması;
  • Rəqib şirkətlərin kampaniyalarının və bazar tendensiyalarının araşdırılması;
  • Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
  • Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili;
  • Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına nəzarət etmək.
  • Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə nəzarət.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Trade marketinq, marketinq və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Trade marketinq alətləri, satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi üstünlükdür;
  • Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır olmaq.

Üstünlük hesab olunur:

  • FMCG sektorunda iş təcrübəsi;
  • Promosyon kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə;
  • Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək bacarığı.

Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily16
  • Weekly603
  • Monthly853