Vəzifə öhdəlikləri:
- İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunmasına nəzarət etmək;
- İstifadə olunan kompüter proqramları, elektron sənəd dövriyyəsi və işlərin idarə edilməsi sistemi ilə əlaqədar texniki dəstək göstərən icraçının və ya əməkdaşın işlərinin idarə edilməsi;
- Kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsinə nəzarət etmək;
- Server avadanlıqlarının təhlükəsiz və stabil işinin təmin edilməsinə nəzarət etmək;
- Aidiyyəti şöbələrlə birlikdə İdarədə elektron informasiya sistemlərinin, elektron informasiya ehtiyatlarının formalaşdırılması və təminatını həyata keçirmək;
- İdarənin informasiya təhlükəsizliyi sistemi ilə təminatını və informasiya resurslarından etibarlı istifadə edilməsinə nəzarət etmək;
- İdarənin keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsinə nəzarət etmək;
- Öz səlahiyyətləri daxilində "Elektron Hökumət" proqramı çərçivəsində İdarədə görüləcək işləri təşkil etmək, bununla əlaqədar aidiyyəti qurum və təşkilatlarla yazışmaları həyata keçirmək;
- İdarənin tabeli qurumlarına informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı metodiki köməklik göstərmək və görülən işlərə nəzarət etmək;
- İdarənin və onun struktur bölmələrinin vahid kompüter şəbəkəsinin və proqram təminatının yaradılmasına və ona dəstək xidməti göstərilməsinə nəzarət etmək;
- Yaranmış texniki problemlərin və qüsurların aradan qaldırılması üçün operativ tədbirlər görmək;
- Elektron imzadan istifadə olunmasında praktik köməklik göstərilməsi və veb-saytların təhlükəsizliyinin təmin edilməsinə nəzarət;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq arayış, məlumat və hesabatlar hazırlamaq;
- Fəaliyyət istiqamətinə uyğun olaraq rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, informasiyalar toplamaq, onları analiz etmək;
- İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması və ya kənar qaynaq fəaliyyətinə verilməsi üçün texniki tapşırıqları yazmaq;
- Qurumun əməkdaşlarına İKT ilə bağlı icazə və qadağaların tətbiq edilməsi;
- İdarənin şöbələri ilə birgə fəaliyyət göstərmək;
- CCTV kameraların işləkliyini təmin etmək.
- Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifə və funksiyaları yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (proqramlaşdırma və informasiya texnologiyaları sahəsində);
- İT sahəsində beş illik iş stajı
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Gərgin iş rejimində işləmək bacarığı;
- Ünsiyyətçil olmaq;
Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.