S Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
  • 766

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Government

IT meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

IT meneceri

  • Истекает 21 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunmasına nəzarət etmək;
  • İstifadə olunan kompüter proqramları, elektron sənəd dövriyyəsi və işlərin idarə edilməsi sistemi ilə əlaqədar texniki dəstək göstərən icraçının və ya əməkdaşın işlərinin idarə edilməsi;
  • Kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsinə nəzarət etmək;
  • Server avadanlıqlarının təhlükəsiz və stabil işinin təmin edilməsinə nəzarət etmək;
  • Aidiyyəti şöbələrlə birlikdə İdarədə elektron informasiya sistemlərinin, elektron informasiya ehtiyatlarının formalaşdırılması və təminatını həyata keçirmək; 
  • İdarənin informasiya təhlükəsizliyi sistemi ilə təminatını və informasiya resurslarından etibarlı istifadə edilməsinə nəzarət etmək;
  • İdarənin keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsinə nəzarət etmək;
  • Öz səlahiyyətləri daxilində "Elektron Hökumət" proqramı çərçivəsində İdarədə görüləcək işləri təşkil etmək, bununla əlaqədar aidiyyəti qurum və təşkilatlarla yazışmaları həyata keçirmək;
  • İdarənin tabeli qurumlarına informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı metodiki köməklik göstərmək və görülən işlərə nəzarət etmək;
  • İdarənin və onun struktur bölmələrinin vahid kompüter şəbəkəsinin və proqram təminatının yaradılmasına və ona dəstək xidməti göstərilməsinə nəzarət etmək;
  • Yaranmış texniki problemlərin və qüsurların aradan qaldırılması üçün operativ tədbirlər görmək;
  • Elektron imzadan istifadə olunmasında praktik köməklik göstərilməsi və veb-saytların təhlükəsizliyinin təmin edilməsinə nəzarət;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq arayış, məlumat və hesabatlar hazırlamaq;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, informasiyalar toplamaq, onları analiz etmək;
  • İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması və ya kənar qaynaq fəaliyyətinə verilməsi üçün texniki tapşırıqları yazmaq;
  • Qurumun əməkdaşlarına İKT ilə bağlı icazə və qadağaların tətbiq edilməsi;
  • İdarənin şöbələri ilə birgə fəaliyyət göstərmək;
  • CCTV kameraların işləkliyini təmin etmək.
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifə və funksiyaları yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (proqramlaşdırma və informasiya texnologiyaları sahəsində);
  • İT sahəsində beş illik iş stajı
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Gərgin iş rejimində işləmək bacarığı;
  • Ünsiyyətçil olmaq;

Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly541
  • Monthly745