Şöbə: Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi
Vəzifə öhdəlikləri:
- Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək;
- Abidələrin funksional təyinatına uyğun istifadə edilməsinin, habelə tarixi memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığının və uzunömürlülüyünün təmin edilməsinin təşkil edilməsi üçün təkliflər vermək;
- Tarixi-mədəni irsin idarə olunması və qorunması işinin sahədə tətbiqi üçün iş planları hazırlayıb onların icra edilməsi mexanizmləri barədə təkliflər vermək;
- Qazıntı, təmir-tikinti işlərinin planlaşdırıldığı əraziləri əvvəlcədən nəzərdən keçirmək, həmin ərazilərdəki abidələrin ilkin tədqiqini təmin etmək və ərazidə işlərin davam etdirilib-etdirilməməsi barədə qərarın formalaşması üçün ilkin rəylər vermək;
- Müxtəlif təyinatlı qazıntılar zamanı aşkar olunan arxeoloji əhəmiyyət kəsb edən obyektlərin yerində öyrənilməsini təmin edilməsi üçün aparılan təsərrüfat işlərinin dayandırılması ilə bağlı qərarın verilməsi üçün İdarəyə təkliflər vermək;
- Konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
- Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinin monitorinqini həyata keçirmək;
- Abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası istiqamətində aparılan işlərin monitorinqini həyata keçirmək;
- Şuşa şəhərinin ərazisində aparılan arxeoloji qazıntılara, bu qazıntıların abidələrə zərər yetirilmədən aparılmasına nəzarət etmək;
- Abidələrin üzərində aparılacaq müxtəlif təyinatlı işlərin təsdiq olunmuş layihələr əsasında aparılıb-aparılmamasının vaxtaşırı monitorinqini keçirmək;
- Həyata keçirilən monitorinq işləri və onların nəticələri bardə dövri hesabatlar hazırlamaq;
- Rəhbərliyin tapşırığı ilə öz vəzifə səlahiyyətləri çərçivəsində digər işləri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Memarlıq ixtisası üzrə)
- Müvafiq sahə üzrə 3 (üç) il iş təcübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik;
- Detallara diqqət yetirmək bacarığı;
- Müvafiq proqram təminatı biliklərinin yüksək səviyyədə olması (AutoCAD, Sketchup, GİS, Revit);
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.