Vəzifə öhdəlikləri:
- Anbara daxil olan və çıxan malların qəbulu və təhvil verilməsi;
- Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılması;
- Malların sayımının aparılması;
- Anbarın səliqəli və nizamlı saxlanılması;
- Malların yüklənməsi və boşaldılması işlərində iştirak.
Tələblər:
- Orta və ya ali təhsil;
- Anbardar vəzifəsində iş təcrübəsi üstünlükdür;
- Svarka (qaynaq) bacarığı;
- Avtomobil idarə etmək bacarığı və sürücülük vəsiqəsi (BC kateqoriyası – mexanika);
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00;
- Əmək haqqı: 800 AZN;
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 5-ci küçə 58;
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir.
Müraciət üçün CV formasını mövzu yerinə “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.