Vəzifə öhdəlikləri:
- Müqavilələrin düzgünlüyünün yoxlanılması və aidiyyati sənədlərin hazırlanması;
- Sənədlərin səliqəli sistemə daxil edilməsi və arxivləşdirilməsi;
- Anbar qalıqlarının üzləşdirilməsi və malların hərəkəti barədə hesabatların hazırlanması;
- Məzuniyyət və digər əmək sənədlərinin hazırlanması;
- Müştərilərə sənədlərin göndərilməsi və təsdiq olunmuş nüsxələrinin geri alınması.
Namizədə tələblər:
- Cinsi: Qadın
- Yaş həddi: 21-35;
- Təhsil tələbləri: Ali təhsil (maliyyə, mühasibatlıq sahəsində üstünlükdür);
- Mühasibat sahəsində minimal iş təcrübəsi arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel, Word);
- Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarıqları;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
İş şərtləri:
- Həftə içi: 09:00-18:00 (Şənbə: 09:00-15:00);
- Vəzifə artımı imkanı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı - 600 AZN;
- İş yeri: Bakı, Şıxov qəsəbəsi (Elmlər metro stansiyasından nəqliyyat xidməti göstərilir).
Müraciət üçün CV formasını mövzu yerinə “Mühasib köməkçisi” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərməyiniz xahiş olunur.