İş barədə məlumat:
- Klinikanın gündəlik əməliyyatlarının idarə edilməsi və iş axınının təşkili
- Klinika komandasının idarəsində bilavasitə iştirak
- Klinika xidmətlərinin təqdimi və satışının təmini
- Klinikanın xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planının hazırlanmasında və icrasında birbaşa iştirak
- Pasiyent axınının, pasiyent məlumatlarının, görüş planlarının idarə edilməsi və nəzarətdə saxlanılması
- Pasiyent məmnuniyyətinin və klinika xidmətlərinin keyfiyyətinin artırılmasında bilavasitə iştirak
- Pasiyent məmnuniyyəti və loyallığının təşkili, təmini və bu istiqamətdə komanda ilə iş
- Koordinatorların öz hədəflərini (KPI) realizasiya etmələrinə gündəlik nəzarət və realizə olunmuş göstəricilər əsasında müvafiq hesabatların hazırlanması
- Vəzifəsi üzrə təyin olunmuş hədəflərin (KPI) realizasiyası
- İşin təkmiləşdirilməsi və proseslərin optimallaşdırılması istiqamətində təşəbbüs göstərmək və təkliflərlə çıxış etmək
- 6 günlük iş rejimi
- Əmək haqqı: maaş + bonus şəklində formalaşır; rabitə xərcləri şirkət hesabına
Tələblər:
- Ali təhsil
- Stomatoloji klinikada iş təcrübəsinin olması üstünlükdür
- MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan dilini sərbəst, Rus dili danışıq səviyyəsində, İngilis dili arzu olunandır
- Mükəmməl səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləyicilik)
- İdarə etmə, təşkilatçılıq və problem həll etmə bacarığı
- Biznes etikaya həssaslıq, komanda ilə və komandada işləmə qabiliyyəti
- Satış və marketinqdə iş təcrübəsi üstünlükdür
Maraqlanan şəxslər mövzu hissəsində “Baş koordinator” qeyd etməklə, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.