Əyləncə mərkəzi üzrə işçi

  • Истекает 29 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əyləncə mərkəzinə işçi axtarırıq

Tələblər:

  • 20-35 yaş arası bəy namizəd;
  • Qeydiyyatçı, müştəri xidməti və ya oxşar sahədə iş təcrübəsi;
  • Rus dilində sərbəst danışıq qabiliyyəti mütləqdir;
  • Azərbaycan dilində səlis danışıq;
  • Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı;
  • Səliqəli, məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı;
  • Gərgin və intensiv iş mühitində işləmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Əyləncə mərkəzinə gələn ziyarətçiləri qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
  • Ziyarətçilərə mərkəzin xidmətləri, əyləncə imkanları, qiymətlər, qaydalar və kampaniyalar barədə məlumat vermək;
  • Ziyarətçilərin suallarını cavablandırmaq və ehtiyac yarandıqda onları müvafiq əməkdaşlara yönləndirmək;
  • Ödənişlərin qəbulunu və POS/kassa əməliyyatlarını düzgün şəkildə həyata keçirmək;
  • Ziyarətçilərin mərkəzdə rahat və təhlükəsiz şəkildə xidmət almasını təmin etmək;
  • Müştəri müraciət və narazılıqlarını qəbul etmək, ilkin həllini təmin etmək və zərurət olduqda rəhbərliyə yönləndirmək;
  • Gün ərzində qeydiyyat, rezervasiya və digər əməliyyatlarla bağlı məlumatların düzgün aparılmasını təmin etmək;
  • Əyləncə mərkəzinin digər əməkdaşları ilə koordinasiyalı çalışaraq ziyarətçi axınının düzgün təşkilinə dəstək olmaq.

Nə təklif edirik?

  • Yeni və dinamik əyləncə mərkəzində iş imkanı;
  • Peşəkar və gənc komanda ilə iş təcrübəsi;
  • İnkişaf və karyera imkanları;
  • Rahat və dinamik iş mühiti.
  • İş rejimi: Növbəli iş qrafiki.
  • Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən olunacaq.

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly664
  • Monthly2416