Əyləncə mərkəzinə işçi axtarırıq
Tələblər:
- 20-35 yaş arası bəy namizəd;
- Qeydiyyatçı, müştəri xidməti və ya oxşar sahədə iş təcrübəsi;
- Rus dilində sərbəst danışıq qabiliyyəti mütləqdir;
- Azərbaycan dilində səlis danışıq;
- Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı;
- Səliqəli, məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Gərgin və intensiv iş mühitində işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Əyləncə mərkəzinə gələn ziyarətçiləri qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
- Ziyarətçilərə mərkəzin xidmətləri, əyləncə imkanları, qiymətlər, qaydalar və kampaniyalar barədə məlumat vermək;
- Ziyarətçilərin suallarını cavablandırmaq və ehtiyac yarandıqda onları müvafiq əməkdaşlara yönləndirmək;
- Ödənişlərin qəbulunu və POS/kassa əməliyyatlarını düzgün şəkildə həyata keçirmək;
- Ziyarətçilərin mərkəzdə rahat və təhlükəsiz şəkildə xidmət almasını təmin etmək;
- Müştəri müraciət və narazılıqlarını qəbul etmək, ilkin həllini təmin etmək və zərurət olduqda rəhbərliyə yönləndirmək;
- Gün ərzində qeydiyyat, rezervasiya və digər əməliyyatlarla bağlı məlumatların düzgün aparılmasını təmin etmək;
- Əyləncə mərkəzinin digər əməkdaşları ilə koordinasiyalı çalışaraq ziyarətçi axınının düzgün təşkilinə dəstək olmaq.
Nə təklif edirik?
- Yeni və dinamik əyləncə mərkəzində iş imkanı;
- Peşəkar və gənc komanda ilə iş təcrübəsi;
- İnkişaf və karyera imkanları;
- Rahat və dinamik iş mühiti.
- İş rejimi: Növbəli iş qrafiki.
- Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən olunacaq.
Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.