Synergy Partnership komandası üçün kreativ düşüncəli, vizual estetikanı yaxşı anlayan və motion dizayn sahəsində təcrübəli Qrafik və Motion Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri:
- Kampaniyalar, sosial media paylaşımları və digər kontentlərin hərəkətli vizual formata salınması;
- infoqrafik, 2D və 3D qrafika, video, animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması; motion post və videoların dizayn edilməsi;
- Korporativ standartlara uyğun vizual həllərin hazırlanması; layihələrə yaradıcı və məntiqi yanaşmanın tətbiqi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; dizayn, rəng, tipoqrafika və estetika anlayışının yüksək səviyyədə olması;
- Adobe After Effects və Adobe Premiere Pro proqramları üzrə biliklər;
- Cinema 4D və Blender proqramları üzrə biliklər üstünlük hesab olunur; məsuliyyətli, detallara diqqətli və komanda ilə işləmə bacarığına sahib olmaq.
Biz təklif edirik:
- Rəqabətli əmək haqqı, kreativ layihələrdə iştirak imkanı və peşəkar komanda mühiti.
Müraciət etmək istəyən namizədlər portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.