T TABİA Group
  • 1.1K

İnzibati işlər üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati işlər üzrə kiçik mütəxəssis

  • Deadline 14 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: İnsan Resursları 

Ünvan: Port Baku Towers

Vəzifə öhdəlikləri:

  • Müəssisəyə daxil olan zənglərin qəbul edilməsi və müvafiq əməkdaşlara yönləndirilməsi;
  • Giriş kartların və vizit kartların sifarişi, yenilənməsi;
  • iScala sistemində sifarişlər üçün müraciətlərin yaradılması;
  • Ofis ləvazimatlarının, su ehtiyaclarının və sorğulara əsasən digər sifarişləri təşkil etmək;
  • Daxili və xarici sənədlərin qəbulu, emal edilməsi, qeydiyyatı və aidiyyəti üzrə təhvil verilməsi (göndərilməsi);
  • Müəssisə üzrə müxtəlif tədbirlərin təşkil olunmasında dəstək olmaq;
  • Daxili və xarici ezamiyyələr zamanı hotel rezervasiyalarının, aviabiletlərinin alışlarının və digər aidiyyəti məsələlərin təşkil olunması.
  • Hüquqi sənədlərin reyestrə işlənilməsi, skan edilməsi, nüsxələrin yaradılması, qovluğa yerləşdirilməsi;
  • Hüquqi sənədlərin razılaşdırma vərəqlərinin hazırlanması, sənədlərin tikilmə və qaytanlanmasını təmin etmək;
  • Yaradılmış elektron reyestrinin idarə olunması, reyestr məlumatlarının yenilənməsini təmin etmək.
  • Vəzifə öhdəlikləri ilə bağlı rəhbərin digər tapşırıq və göstərişlərini icra etmək. 

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnzibati işlər və kargüzarlıq sahəsində 1-3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan və rus dili – sərbəst;
  • İngilis dili  –yaxşı səviyyədə;
  • Ünsiyyət bacarıqları
  • Planlama
  • Təşkilatçılıq
  • Məsuliyyət
  • Çoxşaxəli iş görmək

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

  • Daily9
  • Weekly417
  • Monthly1610