Hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan TABIA Group MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.
Vəzifə öhdəlikləri:
- Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
- Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
- CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
- Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
- Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya vermək;
- Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
- Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün həll olunmayan problemləri həll etmək
- Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq;
- Mehmanxananın təklif etdiyi daxili və xarici təlimlərdə, əlavə təlim və tədbirlərində iştirak etmək. Bu təlimlərdən əldə etdiyi bilikləri öz işinə tətbiq etmək;
- Qonaq şikayətlərini yaxından izləmək və tez bir zamanda həll etmək;
- Rezervasiya nümayəndələrinin bilik səviyyəsini artırmaq yönündə təlimlərin keçirilməsi;
- Rezervasiya komandasının işə götürülməsinə, idarə olunmasına, təliminə və inkişafına kömək etmək;
- Şöbənin həftəlik cədvəlinin tərtib olunması;
- Şöbənin ümumi işinə nəzarət etmək;
- Qiymət cədvəlinin sistem üzrə doğruluğunu yoxlamaq və müvafiq kodların yaradılması;
- Gündəlik olaraq hesabatların yoxlanılması və Otaq əməliyyatları üzrə qrup menecerinə məruzə etmək;
- Otaq Əməliyyatları üzrə qrup menecerinin verdiyi tapşırıqları detallı şəkildə mənimsəmək və şöbə üzrə lazımi prosedurları tətbiq etmək.
Namizədə tələblər:
Təhsil:
- Ali;
İş təcrübəsi:
- Daha əvvəl eyni sahədə nəzarətçi vəzifəsində təcrübə; Ön büro təcrübəsi arzuolunandır;
Bilik və Bacarıqlar:
- Yaxşı təşkilatçılıq və idarəetmə bacarığı;
- Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
- Yazılı və şifahi özünü ifadə etmək;
Kompüter bilikləri:
- Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus dili, İngilis dili - yüksək səviyyədə.
Maraqlanan namiz'ədlər Müraciət Et butonunda yerləşən mail ünavnına cv-lərini göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.