TABİA Group TABİA Group
  • 442

Təchizat üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə Mütəxəssis

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Şöbə: Təchizat
  • İşəgötürən: “Hilton Garden Inn Aghdam Hotel” MMC  /TABIA GROUP MMC
  • Ünvan: Ağdam şəhəri 

Əmək funksiyası:

  • Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək  
  • Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi 
  • İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək
  • Təchizat üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini otel üçün ən sərfəli olan yollarla aparmaq.
  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
  • Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmamağını yoxlamaq 
  • Az istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq 
  • Bu vəzifənin məqsədlərinə nail olmaq üçün Şirkətin tətbiq etdiyi siyasətə müvafiq olaraq bütün vəzifələri və öhdəlikləri müvəffəqiyyətlə və vaxtında həyata keçirmək  
  • Otelin İşçi heyətinin Təlimatlar Kitabında və Otelin Yanğın, Gigiyena, Sağlamlıq və Təhlükəsizlik Təlimatlarında qeyd edilmiş Qaydalara və Təlimatlara riayət etmək 
  • Bütün potensial real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq 
  • Otelin İşçi heyətinin Təlimatlar Kitabında qeyd edilmiş Qaydalarla və Təlimatlarla yaxından tanış olmaq və onlara riayət etmək 
  • Vəzifə dəqiqliyi üçün düzgün iş geyiminin və işçinin adının qeyd edildiyi vəsiqənin geyinilməsi haqqında məlumat vermək 
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
  • Mallar və xidmətlərin effektiv qəbulundan istifadə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə menecerin verdiyi təlimat vasitəsilə nail olmaq.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək, düzgün əməliyyat standartları və prosedurlarına riayət olunmasını təmin etmək:
  • Şöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək.
  • Tələb olunan digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat və ya Qida mühəndisliyi sahəsində);
  • Təcrübə: Minimum 3 il (müvafiq sahə üzrə);
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
  • Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında məlumatlılıq;
  • Yaxşı danışıqlar aparmaq, müqayisəli təhlil etmək və strateji qərarlar vermək bacarığı;
  • Stressə davamlılıq, təşəbbüskarlıq və nəticəyönümlülük
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya İngilis dili – yaxşı səviyyədə;

Bilik və Bacarıqlar:

  • Təchizatçı Münasibətləri;
  • Maraqlı Tərəflərin İdarə Edilməsi;
  • Təchizat İdarəetmə sistemi; 
  • Əlaqələrin inkişaf etdirilməsi;
  • Kateqoriya İdarəetmə;
  • Araşdırma bacarığı; 
  • Texnoloji bacarıqlar; 
  • Tenderlərin təşkili;
  • Danışıqlar aparma bacarığı;
  • Təsir/inandırma bacarıqları;
  • Çətin fərdlərlə işləmək bacarığı;
  • Etibarlılıq; Detallara diqqətlilik;
  • Məsuliyyətlilik

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi.
  • Tibbi siğorta

İş yeri:

  • Ağdam şəhəri.

Müraciət forması:

İşə müraciət üçün elektron poçt ünvanımız Müraciət Et düyməsində qeyd olunub. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

  • Daily112
  • Weekly502
  • Monthly1532