TABİA Group TABİA Group
  • 386

Təhlükəsizlik üzrə menecer (Otelçilik üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təhlükəsizlik üzrə menecer (Otelçilik üzrə)

  • Deadline 27 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə: 

  • Otelin bütün təhlükəsizliyinin təmin edilməsinə nəzarət (bina, ərazi, qonaqlar, işçilər);
  • Daxili qaydalara əsasən nəzarət və yoxlamaların keçirilməsi;
  • Müəssisənin  mülkiyyətində və istifadəsində olan ərazinin, daşınan və daşınmaz əmlakın, habelə əməkdaşların nəzarətinin təşkil edilməsi;
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin təmin edilməsi;
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlimlərin keçirilməsi;
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
  • Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkil olunması;
  • Müəssisədə hər hansı bir insident baş verdiyi təqdirdə müəssisədaxili qaydalara əsasən daxili araşdırmanın aparılması;
  • Müşahidə kameraları vasitəsi ilə işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsinin təşkil edilməsi;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edilməsi;
  • Otelin daxilində və bütövlükdə otelin ərazisində olan əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsinə rəhbərlik edilməsi;
  • Müəssisənin inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilinin həyata keçirilməsi;
  • Növbə müddətində müəssisənin ərazisinə və istehsal sahəsinə  giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasına nəzarət edilməsi;
  • Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq rəhbərliyə hesabatların təqdim olunması; 

Əsas tələblər:

  • Ali təhsil;
  • Təhlükəsizlik üzrə sertifikatlar və təlimlər (CPP - Certified Protection Professional və ya digər uyğun təhlükəsizlik sertifikatları) arzuolunandır; 
  • Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
  • Təhlükəsizlik sistemlərinin və avadanlıqlarının idarə edilməsi təcrübəsi;
  • Otelçilik sahəsində təcrübəsi olması mütləqdir

Fərdi keyfiyyət göstəriciləri:

  • Planlama və təşkilatçılıq;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Punktuallıq;
  • Detallara diqqət yetirmə bacarığı;
  • Komandanın idarə olunması;
  • Qərar qəbul etmə bacarığı. 

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
  • Könüllü tibbi sığorta
  • Ödənişsiz parklanma
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Grup otellərin xidmətlərindən endirimli yararlanma

İş yeri: Bakı şəhəri, Xətai prospekti 51

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə  “Təhlükəsizlik üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily113
  • Weekly378
  • Monthly2320