İş barədə:
- Otelin bütün təhlükəsizliyinin təmin edilməsinə nəzarət (bina, ərazi, qonaqlar, işçilər);
- Daxili qaydalara əsasən nəzarət və yoxlamaların keçirilməsi;
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınan və daşınmaz əmlakın, habelə əməkdaşların nəzarətinin təşkil edilməsi;
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin təmin edilməsi;
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlimlərin keçirilməsi;
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
- Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkil olunması;
- Müəssisədə hər hansı bir insident baş verdiyi təqdirdə müəssisədaxili qaydalara əsasən daxili araşdırmanın aparılması;
- Müşahidə kameraları vasitəsi ilə işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsinin təşkil edilməsi;
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edilməsi;
- Otelin daxilində və bütövlükdə otelin ərazisində olan əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsinə rəhbərlik edilməsi;
- Müəssisənin inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilinin həyata keçirilməsi;
- Növbə müddətində müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasına nəzarət edilməsi;
- Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq rəhbərliyə hesabatların təqdim olunması;
Əsas tələblər:
- Ali təhsil;
- Təhlükəsizlik üzrə sertifikatlar və təlimlər (CPP - Certified Protection Professional və ya digər uyğun təhlükəsizlik sertifikatları) arzuolunandır;
- Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin və avadanlıqlarının idarə edilməsi təcrübəsi;
- Otelçilik sahəsində təcrübəsi olması mütləqdir
Fərdi keyfiyyət göstəriciləri:
- Planlama və təşkilatçılıq;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Punktuallıq;
- Detallara diqqət yetirmə bacarığı;
- Komandanın idarə olunması;
- Qərar qəbul etmə bacarığı.
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
- Könüllü tibbi sığorta
- Ödənişsiz parklanma
- Nahar şirkət tərəfindən qarşılanır
- Grup otellərin xidmətlərindən endirimli yararlanma
İş yeri: Bakı şəhəri, Xətai prospekti 51
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təhlükəsizlik üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.