Şöbə: Təchizat və logistika
Ünvan: Neftçilər prospekti 153, PBT
Əsas vəzifə və funksiyalar
Xarici Satınalma Planlaşdırılması
- Hotellər və daxili şöbələr tərəfindən təqdim olunan xarici tələbləri toplayır və prioritetləşdirir;
- İllik və rüblük xarici satınalma planlarını hazırlayır;
- Xarici tələblərin büdcə və logistika uyğunluğunu qiymətləndirir;
- Qrup Təchizat və Logistika direktorun ilə birlikdə xarici təchizat strategiyasını formalaşdırır (məsələn, Türkiyə, Avropa, Çin bazarları üzrə).
Təchizatçı Araşdırması və Qiymətləndirmə
- Daha sərfəli təchizatçıların axtarılması məqsədilə xarici bazarlarda potensial təchizatçıları araşdırır, əlaqə yaradır və məlumat bazasını formalaşdırır;
- Səmərəliliyin artırılması üçün alışların xarici təchizatçılardan birbaşa edilməsi təhlilini aparır və onları təşkil edir;
- Təchizatçıların istehsal gücü, keyfiyyət standartları, beynəlxalq sertifikatları və etibarlılığını yoxlayır;
- Təchizatçı qiymətləndirmə formaları hazırlayır və xarici təchizatçılara aid “Təsdiqlənmiş Təchizatçılar Siyahısı”nı idarə edir;
- Beynəlxalq bazarda, onlayn platformalarda bazar təhlili aparır.
Qiymət Sorğusu və Tender Prosesi
- Xarici təchizatçılardan RFQ toplayır və maliyyə/texniki müqayisə cədvəli hazırlayır;
- Dəqiq texniki spesifikasiyaları əsas götürərək ən uyğun təklifləri müəyyənləşdirir;
- Tələb olunan hallarda nümunə sifarişlərini təşkil edir və keyfiyyət testlərinə nəzarət edir;
- Tender komissiyasına təqdim etmək üçün hesabat və protokolları tərtib edir.
Müqavilə və Logistika İdarəetməsi
- Beynəlxalq ticarət prinsiplərinə uyğun müqavilə layihələrini hazırlayır (INCOTERMS 2020 çərçivəsində: EXW, FOB, CIF və s.);
- Gömrük, logistika və anbarla əlaqəli bütün mərhələlərə nəzarət edir;
- Yük daşımalarını (hava, dəniz, quru nəqliyyatı) və daşıma şirkətləri ilə əlaqələri idarə edir;
- İdxal prosesində gömrük sənədlərinin (invoice, packing list, certificate of origin, bill of lading, və s.) düzgünlüyünü təmin edir.
Maliyyə və Büdcə Nəzarəti
- Xarici alışların valyuta risklərini və qiymət dalğalanmalarını təhlil edir;
- Maliyyə departamenti ilə birlikdə ödəmə planları hazırlayır;
- Satınalma əməliyyatlarının büdcə çərçivəsində və plan-fakt uyğunluqda icrasına nəzarət edir;
- Hər rüb üçün Satınalmaların statusu Hesabatını hazırlayır.
Koordinasiya və Hesabatlıq
- Təchizat zəncirinin bütün mərhələlərində (purchase – shipment – customs – delivery) əlaqələndirməni təmin edir;
- Tələb olunan hesabatları Qrup Təchizat və Logistika direktoruna təqdim edir;
- Hotellərin və layihə şöbələrinin xarici tələblərinə operativ dəstək verir;
- Audit yoxlamalarında tələb olunan sənədləri təqdim edir.
Məsuliyyət və Səlahiyyətlər
- Yalnız təsdiqlənmiş xarici alış planları çərçivəsində sifariş vermək səlahiyyətinə malikdir;
- Təchizatçılardan alınan kommersiya məlumatlarının məxfiliyinə cavabdehdir;
- Gömrük və beynəlxalq ticarət qanunvericiliyinə riayət etməyə məsuldur;
- Qrupdaxili müəssisələrə mütəmadi ezam olunmağa hazır olmalıdır;
- Xarici alış prosesində şəffaflıq, etik davranış və antikorrupsiya prinsiplərinə əməl etməlidir.
Bilik, Bacarıq və Təcrübə tələbləri
Tələblər
- Təhsil - Ali təhsil (Beynəlxalq Ticarət, İqtisadiyyat, Logistika və ya Biznes İdarəçiliyi sahəsində).
- Təcrübə - Minimum 5 il xarici ticarət və ya idxal/ixrac satınalma sahəsində təcrübə
- Dil bilikləri - Azərbaycan dili (əla), İngilis dili (əla), Rus dili (əla).
- Texniki bacarıqlar - ERP sistemi (iScala və s.), MS Excel (advanced), INCOTERMS 2020, Gömrük sənədləri və logistika prosesi
- Şəxsi keyfiyyətlər - Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, detallara diqqət, məsuliyyət, operativlik
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.