Xarici satınalmalar üzrə menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xarici satınalmalar üzrə menecer

  • Истекает 5 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şöbə: Təchizat və logistika 

Ünvan: Neftçilər prospekti 153, PBT   

Əsas vəzifə və funksiyalar

Xarici Satınalma Planlaşdırılması

  • Hotellər və daxili şöbələr tərəfindən təqdim olunan xarici tələbləri toplayır və prioritetləşdirir;
  • İllik və rüblük xarici satınalma planlarını hazırlayır;
  • Xarici tələblərin büdcə və logistika uyğunluğunu qiymətləndirir;
  • Qrup Təchizat və Logistika direktorun ilə birlikdə xarici təchizat strategiyasını formalaşdırır (məsələn, Türkiyə, Avropa, Çin bazarları üzrə).

Təchizatçı Araşdırması və Qiymətləndirmə

  • Daha sərfəli təchizatçıların axtarılması məqsədilə xarici bazarlarda potensial təchizatçıları araşdırır, əlaqə yaradır və məlumat bazasını formalaşdırır;
  • Səmərəliliyin artırılması üçün alışların xarici təchizatçılardan birbaşa edilməsi təhlilini aparır və onları təşkil edir;
  • Təchizatçıların istehsal gücü, keyfiyyət standartları, beynəlxalq sertifikatları və etibarlılığını yoxlayır;
  • Təchizatçı qiymətləndirmə formaları hazırlayır və xarici təchizatçılara aid “Təsdiqlənmiş Təchizatçılar Siyahısı”nı idarə edir;
  • Beynəlxalq bazarda, onlayn platformalarda bazar təhlili aparır.

Qiymət Sorğusu və Tender Prosesi

  • Xarici təchizatçılardan RFQ toplayır və maliyyə/texniki müqayisə cədvəli hazırlayır;
  • Dəqiq texniki spesifikasiyaları əsas götürərək ən uyğun təklifləri müəyyənləşdirir;
  • Tələb olunan hallarda nümunə sifarişlərini təşkil edir və keyfiyyət testlərinə nəzarət edir;
  • Tender komissiyasına təqdim etmək üçün hesabat və protokolları tərtib edir.

Müqavilə və Logistika İdarəetməsi

  • Beynəlxalq ticarət prinsiplərinə uyğun müqavilə layihələrini hazırlayır (INCOTERMS 2020 çərçivəsində: EXW, FOB, CIF və s.);
  • Gömrük, logistika və anbarla əlaqəli bütün mərhələlərə nəzarət edir;
  • Yük daşımalarını (hava, dəniz, quru nəqliyyatı) və daşıma şirkətləri ilə əlaqələri idarə edir;
  • İdxal prosesində gömrük sənədlərinin (invoice, packing list, certificate of origin, bill of lading, və s.) düzgünlüyünü təmin edir.

Maliyyə və Büdcə Nəzarəti

  • Xarici alışların valyuta risklərini və qiymət dalğalanmalarını təhlil edir;
  • Maliyyə departamenti ilə birlikdə ödəmə planları hazırlayır;
  • Satınalma əməliyyatlarının büdcə çərçivəsində və plan-fakt uyğunluqda icrasına nəzarət edir;
  • Hər rüb üçün Satınalmaların statusu Hesabatını hazırlayır.

Koordinasiya və Hesabatlıq

  • Təchizat zəncirinin bütün mərhələlərində (purchase – shipment – customs – delivery) əlaqələndirməni təmin edir;
  • Tələb olunan hesabatları Qrup Təchizat və Logistika direktoruna təqdim edir;
  • Hotellərin və layihə şöbələrinin xarici tələblərinə operativ dəstək verir;
  • Audit yoxlamalarında tələb olunan sənədləri təqdim edir.

Məsuliyyət və Səlahiyyətlər

  • Yalnız təsdiqlənmiş xarici alış planları çərçivəsində sifariş vermək səlahiyyətinə malikdir;
  • Təchizatçılardan alınan kommersiya məlumatlarının məxfiliyinə cavabdehdir; 
  • Gömrük və beynəlxalq ticarət qanunvericiliyinə riayət etməyə məsuldur; 
  • Qrupdaxili müəssisələrə mütəmadi ezam olunmağa hazır olmalıdır;
  • Xarici alış prosesində şəffaflıq, etik davranış və antikorrupsiya prinsiplərinə əməl etməlidir.

Bilik, Bacarıq və Təcrübə tələbləri

Tələblər

  • Təhsil - Ali təhsil (Beynəlxalq Ticarət, İqtisadiyyat, Logistika və ya Biznes İdarəçiliyi sahəsində).
  • Təcrübə - Minimum 5 il xarici ticarət və ya idxal/ixrac satınalma sahəsində təcrübə
  • Dil bilikləri - Azərbaycan dili (əla), İngilis dili (əla), Rus dili (əla).
  • Texniki bacarıqlar - ERP sistemi (iScala və s.), MS Excel (advanced), INCOTERMS 2020, Gömrük sənədləri və logistika prosesi
  • Şəxsi keyfiyyətlər - Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, detallara diqqət, məsuliyyət, operativlik

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily56
  • Weekly589
  • Monthly596