T Taghiyev Operating Company
  • 585

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Taghiyev Operating Company MMC neft və qaz əməliyyatlarımızı dəstəkləmək adına komandaya qoşulmaq üçün istehsal müəssisələrində elektrik sistemləri və avadanlıqlarının quraşdırılması, saxlanması və təmirinə cavabdeh olacaq elektrik axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Elektrik avadanlıqlarına texniki baxışın və nəzarətin həyata keçirilməsi: 
  • İstismarda olan elektrik avadanlıqlarına texniki baxış keçirilməsi:
  • Naqillərin və yastıqların qızmasının yoxlanılması;
  • Quraşdırılmış və ya səyyar ampermetrlər vasitəsilə elektrik naqillərində olan cərəyan şiddətinə nəzarət edilməsi; 
  • Elektrik mühərriklərində kənar səslərin olmasının yoxlanılması;
  • Paylayıcı qurğularda gərginlik göstəricilərinin normaya uyğunluğunun yoxlanılması; 
  • Yüksək gərginlikli yağ transformatorlarının işinə nəzarət edilməsi;
  • Ölçü, qaynaqedici, yağlı və xüsusi transformatorların normal işləməsinə nəzarət edilməsi, təmir edilməsi, elektrik avadanlıqları və mühərriklərinin sökülməsi və təmir edilməsi: 
  • Elektrik paylayıcı quruluşlarda və transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə təmir işlərinin aparılması; 
  • Elektrik mühərriklərinin torpaqlanmasının yoxlanılması və qadağanedici lövhəciklərin quraşdırılması, zəruri hallarda çəpərləmənin aparlması;
  • Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinə və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqların sxeminə xidmət edilməsi və işlərin çertyoj və sxem üzrə yerinə yetirilməsi; 
  • Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan elektrik maşın və aparatların təmir edilməsi; 
  • Gərginliyi 10 KV-a qədər olan müxtəlif tipli alçaq və yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, təmir edilməsi, yığılması, quraşdırılması və sazlanması; 
  • Kabel ucluqlarının və stator dolaqlarının çıxışlarının bərk və yumşaq lehimlə lehimlənməsi; 
  • Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan kabel xətlərində təmir və bərpa işlərinin aparılması, ucluq və birləşdirici  muftaların qoyulması;
  • Gərginliyi 1000 V –a qədər və ondan yuxarı olan elektrik avadanlıqlarında qəza vəziyyəti vaxtı operativ əməliyyatların aparılması;
  • Elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmiri:; 
  • Naqillərin qızma və boşluqlarının yoxlanılması; 
  • Naqillərdə qızmanın aradan qaldırılması üçün boltların sıxılması; 
  • Nasaz olan kabel ucluqlarının sıxılması; Ucluqların dəyişdirilməsi.
  • Elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi: 
  • Ön yastığın sökülməsi üçün mühərriklərin mexaniki hissə ilə elektrik hissəsini ayıran yarım muftaların sökülməsi; 
  • Arxa yastığın sökülməsi üçün soyuducu ventilyatorun sökülməsi; 
  • Mühərrikin qapaqlarının sökülməsi; 
  • Xüsusi yastıq çıxaran alət vasitəsilə yastığın çıxarılması; 
  • Qasnaqların dəyişdirilməsi
  • Sıradan çıxmış yastıqların yenisi ilə dəyişdirilməsi 
  • İnzibati binaların və iş otaqlarının işıqlandırma sisteminin fasiləsiz işinin təmin edilməsi: 
  • İstehsalat sahəsinin normal işıqlandırılmasına nəzarət edilməsi və nasazlıq olduqda təmir edilməsi; 
  • Nasaz olan lampaların və patronların dəyişdirilməsi; 
  • Elektrik naqillərinin yoxlanması və dəyişdirilməsi;
  • Təmir işləri zamanı qaynaq aparatlarının dövrəyə qoşulması və elektrik uzadıcıları ilə təmin edilməsi. 
  • Qulluq etdiyi iş sahəsinin yanğın təhlükəli maddələrdən və digər tullantılardan təmizlənməsi.

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Müxtəlif elektrik maşınlarının, elektrik aparatlarının, gücü və gərginliyi müxtəlif olan cihazların quruluşunu, dəqiqliyinin yoxlanılması üsulları və qaydaları üzrə biliklər
  • Teleidarə və avtomatik tənzimlənmənin sxemi üzrə biliklər
  • Mürəkkəb məntiqi sxemlərə xidmət bacarıqları
  • Elektrik maşınlarının, elektrik aparatları və cihazlarının kompleks sınağı metodları
  • Partlayış təhlükəli, yanğın təhlükəli və digər mürəkkəb şəraitlərdə kabel şəbəkələrinin təmiri və montajı bacarıqları
  • Elektrik qidalandırıcı şəbəkəsində elektrik avadanlıqları üzrə elektrik sxemlərin və digər texniki sənədlərin tərtib edilməsi qaydaları üzrə biliklər
  • Elektrik mühərriklərinin, transformatorlarının kabel və müxtəlif gərginlikli naqil xətlərinin yüklənməsi norması
  • Paylayıcı qurğuların birinci və ikinci kommutasiyasının elektrik sxemi 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydaları üzrə biliklər
  • Elektrik avadanlıq-qurğuların istismarı
  • Elektrik avadanlıq-qurğularına baxış
  • Elektrik avadanlıq-qurğulara qulluq
  • Elektrik avadanlıq-qurğularının təmiri
  • elektrik avadanlıq-qurğuların sökülməsi
  • Əməyin təhlükəsizliyi üzrə biliklər
  • sanitariya-gigiyena
  • İş növləri və peşələr üzrə SƏTƏM təlimatı
  • Yanğının söndürülməsi üsulları və yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları üzrə biliklər
  • Ali təhsil
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük12
  • Həftəlik633
  • Aylıq374