T Taghiyev Operating Company
  • 786

Mexanik

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Taghiyev Operating Company MMC neft və qaz əməliyyatlarını dəstəkləmək adına komandaya qoşulmaq üçün neft və qaz hasilatı müəssisələrində istifadə olunan müxtəlif mexaniki avadanlıqların saxlanması, nasazlıqların aradan qaldırılması və təmirinə cavabdeh olacaq mexanik axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Qazma, neft mədən avadanlıqlarının düzgün istismarı və etibarlı işini təmin etmək.
  • Qazma, neft-mədən avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını, planlı təmirini təşkil etmək.
  • Qazma, neft-mədən avadanlıqlarının texniki istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və onların təhlükəsiz istismarını təşkil etmək.
  • Vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqların iş şəraitini öyrənmək.
  • Aşınmış və mənəvi köhnəlmiş avadanlığın vaxtında dəyişdirilməsi üzrə tədbirlər görmək.
  • Qazma, neft-mədən texnikasının yeni nümunələrinin sınağında iştirak etmək.
  • Təzyiq altında işləyən yükqaldırma mexanizmləri, yüktutan və çalovlu ləvazimat, aparat və qabların, asetilen, oksigen və kompressor qurğularının qaydalarla nəzərdə tutulmuş sınağının keçirilməsində, texnikanın yoxlanmasında və təftişində iştirak etmək.
  • Avadanlıq, alət və ləvazimatların defektoskopiya ilə nəzarətdən keçirilməsində iştirak etmək.
  • Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət etmək.
  • Alınan yeni qurğuların komplektliyinə nəzarət etmək.
  • Qazma, neft-mədən avadanlıqlarının qəzası səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək.
  • Avadanlıqların təmirinin aparılması və modernləşdirilməsinə dair səmərələşdirici təkliflərə və ixtiralara, onlar üzrə rəy vermək və qəbul olunmuş təkliflərin tətbiqini təmin etmək. Avadanlıqları təmir edən işçilərə rəhbərlik etmək.
  • Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlim keçmək.
  • Müəssisədə işlərin qabaqcıl metodlarının tətbiqində və təmir işlərinin təşkilinin təkmilləşdirilməsində iştirak etmək.
  • Avadanlığın işinin, ehtiyat hissələri və material sərfinin ilkin uçotunu aparmaq.
  • Mövcud avadanlıqlar və onların texniki vəziyyəti haqqında hesabatların tərtib edilməsini təmin etmək.
  • Briqadaların ehtiyat hissələri, materiallarla təmin edilməsinə və avadanlıqlar üçün texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirmək. Neft-mədən avadanlığının təmirinin keyfiyyəti üzrə rəy vermək.
  • Yanacaq və sürtkü materiallarının sərf normalarına riayət olunmasına nəzarət etmək.
  • Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak etmək.
  • Təyin olunmuş hesabatları aparmaq.
  • İnzibati binaların və iş otaqlarının işıqlandırma sisteminin fasiləsiz işinin təmin edilməsi: 
  • İstehsalat sahəsinin normal işıqlandırılmasına nəzarət edilməsi və nasazlıq olduqda təmir edilməsi; 
  • Nasaz olan lampaların və patronların dəyişdirilməsi; 
  • Elektrik naqillərinin yoxlanması və dəyişdirilməsi;
  • Təmir işləri zamanı qaynaq aparatlarının dövrəyə qoşulması və elektrik uzadıcıları ilə təmin edilməsi. 
  • Qulluq etdiyi iş sahəsinin yanğın təhlükəli maddələrdən və digər tullantılardan təmizlənməsi.

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Qazma və neft- mədən avadanlıqlarının texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinat və iş rejimləri üzrə biliklər
  • Qazma və neft- mədən avadanlıqlarının istismar qaydaları üzrə biliklər
  • Təmir işlərinin planlaşdırma metodlarını, təşkili və texnologiyası 
  • Təmir üzrə texniki sənədləşmənin tərtib edilmə qaydaları
  • Texniki xidmət jurnallarında təmirlərin icra qeydlərinin aparılması
  • Qazma və neft-mədən avadanlıqlarının təmirinin təşkilinin əsasları
  • Əmək qanunvericiliyinin əsasları
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları
  • Kompyüter, MS WORD, MS EXCEL və s. proqramlarında işləmək bacarığı
  • Ali təhsil

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Mexanik” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363