T Taghiyev Operating Company
  • 1.2K

Neft-qaz çıxarma üzrə operator

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Neft-qaz çıxarma üzrə operator

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Taghiyev Operating Company MMC neft və qaz hasilatı sahələrinin təhlükəsiz və səmərəli fəaliyyətində mühüm rol oynayayacaq, istehsal proseslərinə nəzarət edəcək, detallara qarşı diqqətli, çevik problem həll etmə bacarıqları olan və təhlükəsiz iş prinsiplərinə sahib olan əməkdaş axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Quyu ağzı nəzarət ölçü cihazların təzyiq göstəriciləri barədə qeydlərin aparılması
  • Quyu ağzı avadanlıqların müvafiq hissəsində (ştok) qaralma və ya qızmanın yoxlanılması
  • EDN quyularında monometrlərə baxmaqla quyu ağzında təzyiqin yoxlanılması
  • Quyuların iş rejimlərinə nəzarət edilməsi
  • Quyuların texniki və geoloji rejimlərinin dəyişdirilməsində iştirak etmək 
  • Neft-mədən avadanlığının işində nəzərə çarpan nasazlıqlar barədə məlumatları vermək 
  • Kommunikasiya xətlərinin hermetikliyini yoxlamaq 
  • Asqı kəndiri (kanatının) dəyişdirilməsində təzə asqı kanatının balansir başlığına qaldırımasına iştirak etmək
  • Reduktorun boltlarının dəyişdirilməsi zamanı qaykanın sıxılması üçün boltun bərk tutulmasını təmin etmək
  • Ötürücü qayışların dəyişdirilməsi zamanı elektrik mühərrikin boltlarının açılmasında və bağlanmasında boltun tutulmasını təmin etmək 
  • Reduktorun yağının dəyişilməsində iştirak etmək
  • Travesin və ya balansir yastığının diyircəyinin sıradan çıxması zamanı məlumatlandırmaq
  • Telemexanika qurğularında mürəkkəb olmayan nasazlıqların aradan qaldırmaq
  • Nasos kompresor borularının hermetikliyinin yoxlanılmasında iştirak etmək.

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Neft və qazçıxarma texnologiyası üzrə biliklər; 
  • Quyu iş rejiminin saxlanılması üzrə biliklər;
  • Quyuların texnoloji rejimlərinin saxlanılması üzrə biliklər; 
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları üzrə biliklər
  • Tam orta təhsil və müvafiq sahədə təcrübə VƏ YA müvafiq sahədə ali təhsil
  • İş təcrübəsi arzuolunandır

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Operator” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363