T Taghiyev Operating Company
  • 725

Suzuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Suzuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Taghiyev Operating Company MMC neft və qaz hasilatı sahələrinin təhlükəsiz və səmərəli fəaliyyətində mühüm rol oynayayacaq, istehsal proseslərinə nəzarət edəcək, detallara qarşı diqqətli, çevik problem həll etmə bacarıqları olan və təhlükəsiz iş prinsiplərinə sahib olan əməkdaş axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • İlkin neftin qızdırıcı sobaya alınması işinə nəzarət etmək;
  • İlkin neftin qızdırıcıya giriş-çıxış tempraturunu tənzimləmək; 
  • İlkin neftin qızdırıcıya giriş-çıxış təzyiqinə nəzarət etmək;
  • Qzdırıcıda suyun səviyyəsinə nəzarət etmək;
  • Qazın giriş təzyiqinə və sərfiyyatına nəzarət etmək; 
  • Reagentin deemulqator çəninə tökülməsinə nəzarət etmək; 
  • Deemulqator peçinin işə hazırlanmasına nəzarət etmək; 
  • İş prosesi zamanı giriş-çıxış təzyiqinə nəzarət etmək; 
  • İş prosesi zamanı giriş-çıxış tempraturuna nəzarət etmək; 
  • İş prosesi zamanı reagentin səviyyəsinə və saatlıq sərfiyyatına nəzarət etmək;
  • İşlənmiş neftin miqdarının hesabatının aparılmasını təmin etmək; 
  • İşlənilmiş neftin miqdarına uyğun reagentin sərfinin hesabatının aparılmasına nəzarət etmək; 
  • Soba və ətrafının təmizlənməsi və təmizliyinə nəzarət etmək;
  • Soba və qazın giriş-çıxış xətlərinin sazlığının və istismara yararlılığının yoxlanmasına nəzarət etmək; 
  • Soba giriş-çıxış xətlərinin siyirtmələrin iş rejiminə nəzarət və texniki baxış keçirilməsini təmin etmək.

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Neftin yığılması üzrə biliklər
  • Neftin tam hazırlanması üzrə biliklər
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
  • Tam orta təhsil
  • İş təcrübəsi arzuolunandır

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Suzuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363