Mağaza Şəbəkəsinin İdarə Olunması üzrə Rəhbər

Mağaza Şəbəkəsinin İdarə Olunması üzrə Rəhbər

  • Deadline 14 Avqust 2026

Tahiroğlu İnşaat şirkəti satış nöqtələrinin səmərəli fəaliyyətini təmin edəcək, mağaza şəbəkəsinin inkişaf strategiyasını həyata keçirəcək və əməliyyat proseslərini idarə edəcək Mağaza Şəbəkəsinin İdarə Olunması üzrə Rəhbər axtarır.

Əsas vəzifələr

  • Şirkətə məxsus mağazaların gündəlik fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
  • Mağaza rəhbərlərinin fəaliyyətini koordinasiya etmək və onların performansını qiymətləndirmək;
  • Satış planlarının hazırlanmasını və icrasını təmin etmək;
  • Satış göstəricilərini, rentabelliyi və digər KPI-ləri mütəmadi təhlil etmək;
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Məhsul ehtiyatlarının idarə olunmasına və stok dövriyyəsinə nəzarət etmək;
  • Vizual merchandising standartlarının bütün mağazalarda tətbiqini təmin etmək;
  • Yeni mağazaların açılışı və mövcud mağazaların inkişafı ilə bağlı layihələri idarə etmək;
  • İşçi heyətinin seçimi, adaptasiyası, təlimi və inkişafını təşkil etmək;
  • Əməliyyat xərclərini idarə etmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Rəhbərliyə dövri fəaliyyət və performans hesabatları təqdim etmək;
  • Şirkətin daxili prosedur və qaydalarına bütün mağazalarda riayət olunmasına nəzarət etmək.

Namizədə tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, Marketinq və ya əlaqəli sahələr üzrə);
  • Pərakəndə satış sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Mağaza şəbəkəsinin idarə olunması və əməliyyat prosesləri üzrə praktiki bilik;
  • Satışın idarə edilməsi və KPI-lərlə işləmə təcrübəsi;
  • Komanda idarəetməsi və motivasiya bacarığı;
  • Analitik düşüncə və qərarvermə qabiliyyəti;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
  • ERP və ya pərakəndə satış sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus dili biliyi üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Liderlik və yüksək təşkilatçılıq bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlülük və məsuliyyətlilik;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Stress altında işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.

İş şəraiti

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • KPI əsaslı bonus sistemi;
  • Korporativ mobil rabitə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily7
  • Weekly279
  • Monthly1343