Tahiroğlu İnşaat şirkəti satış nöqtələrinin səmərəli fəaliyyətini təmin edəcək, mağaza şəbəkəsinin inkişaf strategiyasını həyata keçirəcək və əməliyyat proseslərini idarə edəcək Mağaza Şəbəkəsinin İdarə Olunması üzrə Rəhbər axtarır.
Əsas vəzifələr
- Şirkətə məxsus mağazaların gündəlik fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
- Mağaza rəhbərlərinin fəaliyyətini koordinasiya etmək və onların performansını qiymətləndirmək;
- Satış planlarının hazırlanmasını və icrasını təmin etmək;
- Satış göstəricilərini, rentabelliyi və digər KPI-ləri mütəmadi təhlil etmək;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Məhsul ehtiyatlarının idarə olunmasına və stok dövriyyəsinə nəzarət etmək;
- Vizual merchandising standartlarının bütün mağazalarda tətbiqini təmin etmək;
- Yeni mağazaların açılışı və mövcud mağazaların inkişafı ilə bağlı layihələri idarə etmək;
- İşçi heyətinin seçimi, adaptasiyası, təlimi və inkişafını təşkil etmək;
- Əməliyyat xərclərini idarə etmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Rəhbərliyə dövri fəaliyyət və performans hesabatları təqdim etmək;
- Şirkətin daxili prosedur və qaydalarına bütün mağazalarda riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, Marketinq və ya əlaqəli sahələr üzrə);
- Pərakəndə satış sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Mağaza şəbəkəsinin idarə olunması və əməliyyat prosesləri üzrə praktiki bilik;
- Satışın idarə edilməsi və KPI-lərlə işləmə təcrübəsi;
- Komanda idarəetməsi və motivasiya bacarığı;
- Analitik düşüncə və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
- ERP və ya pərakəndə satış sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus dili biliyi üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Liderlik və yüksək təşkilatçılıq bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Nəticəyönümlülük və məsuliyyətlilik;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Stress altında işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
İş şəraiti
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- KPI əsaslı bonus sistemi;
- Korporativ mobil rabitə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.