Marketinq Direktoru

  • Deadline 14 Avqust 2026

Tahiroğlu İnşaat şirkəti marketinq fəaliyyətinin strateji idarə olunmasını həyata keçirəcək, brendin bazardakı mövqeyini gücləndirəcək və satış hədəflərinə nail olunmasına dəstək verəcək Marketinq Direktoru axtarır.

Əsas vəzifələr

  • Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Şirkətin və layihələrin brend strategiyasını formalaşdırmaq və inkişaf etdirmək;
  • Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışları dəstəkləyən marketinq kampaniyaları hazırlamaq və idarə etmək;
  • Rəqəmsal marketinq (Meta Ads, Google Ads, SEO, Google Analytics və s.) fəaliyyətlərini planlaşdırmaq və nəticələrini analiz etmək;
  • Marketinq büdcəsini hazırlamaq, idarə etmək və səmərəli istifadəsinə nəzarət etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və bazar tendensiyalarını izləmək;
  • Yeni layihələrin bazara çıxarılması üçün marketinq planları hazırlamaq və icrasına rəhbərlik etmək;
  • Reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
  • Marketinq komandasını formalaşdırmaq, idarə etmək və inkişaf etdirmək;
  • KPI-ləri müəyyən etmək, marketinq fəaliyyətinin effektivliyini ölçmək və rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.

Namizədə tələblər

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • İnşaat, daşınmaz əmlak və ya layihə əsaslı biznes sahəsində təcrübə üstünlükdür;
  • Strateji marketinq planlaması və brend idarəetməsi üzrə təcrübə;
  • Meta Ads Manager, Google Ads, Google Analytics, SEO və CRM sistemləri ilə işləmək bacarığı;
  • Marketinq analitikası, büdcələmə və KPI-lərin idarə olunması üzrə biliklər;
  • Azərbaycan dilində sərbəst, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə bilik.

Şəxsi keyfiyyətlər

  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik və strateji düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Nəticəyönümlülük və məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və qərarvermə bacarığı;
  • Vaxtın effektiv idarə olunması.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily7
  • Weekly279
  • Monthly1343