Şirinpay restoranı komandamıza məsuliyyətli və təcrübəli “Aşpaz” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gündəlik menyuya uyğun yeməklərin hazırlanması və təqdim olunması;
- Qida məhsullarının keyfiyyətinə və saxlanma qaydalarına nəzarət etmək;
- Mətbəxdə gigiyena və sanitariya qaydalarına riayət etmək;
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
- Məhsul sərfiyyatına nəzarət etmək və israfın qarşısını almaq;
- Sifarişlərin vaxtında və keyfiyyətli şəkildə hazırlanmasını təmin etmək;
- Komanda ilə koordinasiyalı işləmək;
- Qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyət göstərmək;
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Salat, sendviç və burger hazırlanması üzrə bacarıq;
- Məsuliyyətli, çevik və komanda ilə işləmə bacarığı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşmə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Ünvan: Şirinpay restoranı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.