Satış obyektimizə məsuliyyətli, çevik “Aşpaz köməkçisi” axtarırıq
Vəzifə öhdəlikləri:
- Ərzaqların yuyulması, təmizlənməsi, doğranması və hazırlanması prosesinə dəstək olmaq
- Yeməklərin hazırlanması prosesində aşpazın göstərişlərini yerinə yetirmək
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
- Mətbəxdə təmizlik və sanitariya qaydalarına riayət etmək
- Mətbəxdə iş prosesinin fasiləsiz və səmərəli təşkilinə dəstək olmaq
- Hazır və yarımfabrikat məhsulların düzgün saxlanma şəraitinə və temperatur rejiminə riayət etmək
- Məhsulların israfının qarşısının alınmasına və düzgün istifadəsinə diqqət yetirmək
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
Namizədə tələblər:
- Aşpaz köməkçisi vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi
- Məsuliyyətli, intizamlı və diqqətli yanaşma
- Komandada işləmək və verilən tapşırıqları operativ icra etmək bacarığı
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
- Əmək haqqı: 600-700 AZN
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.