Aşpaz köməkçisi

  • Истекает 20 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış obyektimizə məsuliyyətli, çevik “Aşpaz köməkçisi” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Ərzaqların yuyulması, təmizlənməsi, doğranması və hazırlanması prosesinə dəstək olmaq
  • Yeməklərin hazırlanması prosesində aşpazın göstərişlərini yerinə yetirmək
  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
  • Mətbəxdə təmizlik və sanitariya qaydalarına riayət etmək
  • Mətbəxdə iş prosesinin fasiləsiz və səmərəli təşkilinə dəstək olmaq
  • Hazır və yarımfabrikat məhsulların düzgün saxlanma şəraitinə və temperatur rejiminə riayət etmək
  • Məhsulların israfının qarşısının alınmasına və düzgün istifadəsinə diqqət yetirmək
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək

Namizədə tələblər:

  • Aşpaz köməkçisi vəzifəsi üzrə  minimum 1 il iş təcrübəsi
  • Məsuliyyətli, intizamlı və diqqətli yanaşma
  • Komandada işləmək və verilən tapşırıqları operativ icra etmək bacarığı
  • Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günü)
  • Əmək haqqı: 600-700 AZN
  • Ünvan: Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily32
  • Weekly497
  • Monthly1674