Biz “Coffee & Food Shop” şəbəkəsinin qəhvə istiqamətini idarə edəcək təcrübəli və peşəkar Chef Barista (Baş Barista) axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Qəhvə hazırlanma standartlarının qurulması və nəzarəti
- Eyni anda bir neçə qəhvə nöqtəsinin idarə olunması
- Klassik və xüsusi içkilərdən ibarət qəhvə menyusunun hazırlanması
- Reseptlərin və əməliyyat proseslərinin yaradılması
- Kuppinqlərin təşkili və keçirilməsi
- Baristaların təlimi və inkişafı
- Bütün məkanlar üzrə dad və keyfiyyətin eyni standartda saxlanılması
- Yeni məkanların açılışında iştirak
- Mövsümi içki və məhsulların hazırlanması və tətbiqi
- Avadanlıq və servis proseslərinə nəzarət
Tələblər:
- Chef Barista kimi minimum 3–5 il iş təcrübəsi
- Eyni anda ən azı 2 qəhvə nöqtəsini idarə etmə təcrübəsi
- Qəhvə menyusunun hazırlanması üzrə praktiki təcrübə
- Komanda idarəetmə və təlim vermə bacarığı
Üstünlükdür:
- Beynəlxalq qəhvə brendlərində iş təcrübəsi
- Moskva qəhvə bazarında və ya şəbəkələrində təcrübə
- Qəhvə məkanlarının sıfırdan qurulması təcrübəsi
- Franşiza şəbəkələri ilə iş təcrübəsi
- Premium (specialty coffee) sahəsində təcrübə
- Qəhvə bazarı trendlərini izləmə bacarığı
Şəxsi keyfiyyətlər:
- Sistemli və strateji düşüncə
- Yüksək dad və keyfiyyət standartlarına diqqət
- Nəticə yönümlülük
- Komanda qurmaq və inkişaf etdirmək bacarığı
- Proaktiv və təşəbbüskar yanaşmaların olması
Biz təklif edirik:
- Dinamik və inkişaf yönümlü iş mühiti
- Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Chef Barista (Baş Barista)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.