Chef Barista (Baş Barista)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Chef Barista (Baş Barista)

  • Deadline 14 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirinpay restoranları üzrə qəhvə istiqamətini idarə edəcək təcrübəli və peşəkar Chef Barista (Baş Barista) axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Qəhvə hazırlanma standartlarının qurulması və nəzarəti
  • Eyni anda bir neçə qəhvə nöqtəsinin idarə olunması
  • Klassik və xüsusi içkilərdən ibarət qəhvə menyusunun hazırlanması
  • Reseptlərin və əməliyyat proseslərinin yaradılması
  • Kuppinqlərin təşkili və keçirilməsi
  • Baristaların təlimi və inkişafı
  • Bütün məkanlar üzrə dad və keyfiyyətin eyni standartda saxlanılması
  • Yeni məkanların açılışında iştirak
  • Mövsümi içki və məhsulların hazırlanması və tətbiqi
  • Avadanlıq və servis proseslərinə nəzarət

Tələblər:

  • Chef Barista kimi minimum 3–5 il iş təcrübəsi
  • Eyni anda ən azı 2 qəhvə nöqtəsini idarə etmə təcrübəsi
  • Qəhvə menyusunun hazırlanması üzrə praktiki təcrübə
  • Komanda idarəetmə və təlim vermə bacarığı

Üstünlükdür:

  • Beynəlxalq qəhvə brendlərində iş təcrübəsi
  • Qəhvə məkanlarının sıfırdan qurulması təcrübəsi
  • Franşiza şəbəkələri ilə iş təcrübəsi
  • Premium (specialty coffee) sahəsində təcrübə
  • Qəhvə bazarı trendlərini izləmə bacarığı

Şəxsi keyfiyyətlər:

  • Sistemli və strateji düşüncə
  • Yüksək dad və keyfiyyət standartlarına diqqət
  • Komanda qurmaq və inkişaf etdirmək bacarığı
  • Proaktiv və təşəbbüskar yanaşmaların olması

Biz təklif edirik:

  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • Böyüyən şəbəkədə karyera imkanları

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Chef Barista (Baş Barista)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily97
  • Weekly574
  • Monthly1172