Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 19 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış obyektlərimiz üzrə təcrübəli və məsuliyyətli “Kassir” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Sifarişləri POS və ya 1C sisteminə düzgün daxil etmək
  • Nağd və bank kartları vasitəsilə ödənişləri qəbul etmək
  • Kassa əməliyyatlarının düzgün və şəffaf aparılmasını təmin etmək
  • Hər növbənin əvvəlində və sonunda kassa qalığını yoxlamaq
  • Gündəlik satış və kassa hesabatlarını hazırlamaq
  • Gün ərzində qəbul edilmiş ödənişləri satış məlumatları ilə üzləşdirmək
  • Kassa vəsaitlərinin qorunmasına və təhvil-təsliminə cavabdeh olmaq
  • Menyu, yemək çeşidləri və qiymətlər barədə məlumatlı olmaq
  • Müştəri müraciətlərini nəzakətlə cavablandırmaq
  • Kassa sahəsinin təmizliyini və səliqəsini qorumaq
  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək
  • Gündəlik  servis xəttində daxil olan  qidaları çəki ilə təhvil almaq

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • 1C və POS sistemləri üzrə biliklər üstünlükdür
  • Riyazi hesablama və pul vəsaitləri ilə işləmək bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik və dürüstlük
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Növbəli iş rejimində işləmək imkanı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, Rus dili bilikləri üstünlükdür

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • Iş yeri: Süfrə restoranı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kassir” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly430
  • Monthly1360