Şirkətimiz komandamıza strateji düşünmə qabiliyyətinə malik, kreativ və peşəkar Marketinq və İctimai Əlaqələr üzrə Menecer axtarır.
Vəzifənin məqsədi:
- Brend dəyərinin artırılması, məhsul və xidmətlərin bazarda düzgün mövqeləndirilməsi, müsbət korporativ imicin formalaşdırılması və marketinq–ictimai əlaqələr fəaliyyətlərinin effektiv idarə olunması.
Əsas vəzifələr:
- Marketinq və ictimai əlaqələr strategiyasının hazırlanması və icrası
- Reklam və kommunikasiya kampaniyalarının idarə olunması
- Sosial media və rəqəmsal platformalar üzrə kontent planının hazırlanması
- Kütləvi informasiya vasitələri və tərəfdaşlarla əlaqələrin qurulması
- Tədbir və təqdimatların təşkili
- Bazar araşdırmalarının və rəqib analizlərinin aparılması
- Büdcə planlaması və hesabatlılığın təmin edilməsi
- Daxili kommunikasiya proseslərinin koordinasiyası
Tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- Strateji və analitik düşünmə bacarığı
- Rəqəmsal marketinq alətləri üzrə biliklər
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Kreativ yanaşma və təşəbbüskarlıq
CV-nizi mövzu hissəsində “Marketinq və İctimai Əlaqələr üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.