Marketinq və İctimai Əlaqələr üzrə Menecer

  • Истекает 20 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz komandamıza strateji düşünmə qabiliyyətinə malik, kreativ və peşəkar Marketinq və İctimai Əlaqələr üzrə Menecer axtarır.

Vəzifənin məqsədi:

  • Brend dəyərinin artırılması, məhsul və xidmətlərin bazarda düzgün mövqeləndirilməsi, müsbət korporativ imicin formalaşdırılması və marketinq–ictimai əlaqələr fəaliyyətlərinin effektiv idarə olunması.

Əsas vəzifələr:

  • Marketinq və ictimai əlaqələr strategiyasının hazırlanması və icrası
  • Reklam və kommunikasiya kampaniyalarının idarə olunması
  • Sosial media və rəqəmsal platformalar üzrə kontent planının hazırlanması
  • Kütləvi informasiya vasitələri və tərəfdaşlarla əlaqələrin qurulması
  • Tədbir və təqdimatların təşkili
  • Bazar araşdırmalarının və rəqib analizlərinin aparılması
  • Büdcə planlaması və hesabatlılığın təmin edilməsi
  • Daxili kommunikasiya proseslərinin koordinasiyası

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Strateji və analitik düşünmə bacarığı
  • Rəqəmsal marketinq alətləri üzrə biliklər
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Kreativ yanaşma və təşəbbüskarlıq

CV-nizi mövzu hissəsində “Marketinq və İctimai Əlaqələr üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly590
  • Monthly1886