Şirinpay restoranı komandamıza məsuliyyətli və təcrübəli “Satıcı-kassir” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəriləri nəzakətlə qarşılamaq və sifariş qəbul etmək
- Restoran məhsullarının satışını həyata keçirmək
- Kassa aparatında sifariş və ödəniş əməliyyatlarını düzgün icra etmək
- Nağd, kart və digər ödəniş vasitələrini qəbul etmək
- Günlük kassa hesabatını hazırlamaq və təhvil vermək
- Vitrin və satış sahəsinin səliqəli saxlanmasını təmin etmək
- Şirniyyat, içki və digər məhsulların vitrin düzülüşünə nəzarət etmək
- Məhsulların son istifadə müddətini yoxlamaq
- Sanitariya və gigiyena qaydalarına riayət etmək
Tələblər:
- Kassa aparatından və POS-terminaldan istifadə qaydalarını bilmək
- Satıcı – kassir sahəsi üzrə iş təcrübəsi
- Ünsiyyət və təqdimat bacarığı
- Dəqiqlik və məsuliyyətlilik
- Rus dili biliyi üstünlükdür
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşmə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Ünvan: Şirinpay restoranı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satıcı-kassir” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.