Otel, restoran, kafe, catering və digər HORECA müəssisələrinə peşəkar mətbəx və çamaşırxana avadanlıqları, stolüstü məhsullar və əlaqəli avadanlıqların satışını həyata keçirəcək “Satış Təmsilçisi” axtarırıq
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi
- Otel, restoran, kafe və digər HORECA müəssisələrinə müştəri ziyarətləri
- Peşəkar mətbəx və çamaşırxana avadanlıqlarının, stolüstü məhsulların təqdimatı və satışı
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin hazırlanması
- Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
- Satış hədəflərinin yerinə yetirilməsi
- Mövcud müştəri portfelinin inkişaf etdirilməsi
- CRM sistemində satış fəaliyyətinin qeydiyyatı və izlənilməsi
Namizədə tələblər:
- Satış sahəsində minimum 2-3 il təcrübə
- B2B satış təcrübəsi arzuolunandır
- HORECA və ya avadanlıq sektorunda təcrübə üstünlükdür
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Nəticə və hədəf yönümlü olmaq
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Şəxsi avtomobilinin olması
- Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı
Biz nə təklif edirik:
- Rəqabətcil əmək haqqı + satış bonusu
- Məhsul və satış üzrə peşəkar təlimlər
- Beynəlxalq və tanınmış brendlərlə işləmək imkanı
- Karyera inkişafı və peşəkar inkişaf imkanları
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük iş rejimi
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.