Satış Təmsilçisi

  • Истекает 16 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Otel, restoran, kafe, catering və digər HORECA müəssisələrinə peşəkar mətbəx və çamaşırxana avadanlıqları, stolüstü məhsullar və əlaqəli avadanlıqların satışını həyata keçirəcək Satış Təmsilçisi” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi
  • Otel, restoran, kafe və digər HORECA müəssisələrinə müştəri ziyarətləri
  • Peşəkar mətbəx və çamaşırxana avadanlıqlarının, stolüstü məhsulların təqdimatı və satışı
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin hazırlanması
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
  • Satış hədəflərinin yerinə yetirilməsi
  • Mövcud müştəri portfelinin inkişaf etdirilməsi
  • CRM sistemində satış fəaliyyətinin qeydiyyatı və izlənilməsi

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2-3 il təcrübə
  • B2B satış təcrübəsi arzuolunandır
  • HORECA və ya avadanlıq sektorunda təcrübə üstünlükdür
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Nəticə və hədəf yönümlü olmaq
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Şəxsi avtomobilinin olması
  • Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı

Biz nə təklif edirik:

  • Rəqabətcil əmək haqqı + satış bonusu
  • Məhsul və satış üzrə peşəkar təlimlər
  • Beynəlxalq və tanınmış brendlərlə işləmək imkanı
  • Karyera inkişafı və peşəkar inkişaf imkanları

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük iş rejimi
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily13
  • Weekly634
  • Monthly1725