Sistem İnzibatçısı (System Administrator)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sistem İnzibatçısı (System Administrator)

  • Deadline 23 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“TAİS İKF” MMC Komandamıza təcrübəli  “Sistem İnzibatçısı (System Administrator)” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Windows Server və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası və administrasiyası
  • Active Directory, DNS, DHCP, Group Policy, RDS, DFS və fayl serverlərinin idarə edilməsi
  • Virtualizasiya mühitinin, virtual maşınların və məlumat saxlama sistemlərinin administrasiyası
  • LAN, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə avadanlıqlarının idarə edilməsi
  • Backup sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və məlumatların bərpası əməliyyatlarının icrası
  • Server, şəbəkə və endpoint təhlükəsizlik tədbirlərinin texniki tətbiqi
  • IP PBX/VoIP telefoniya sistemlərinin administrasiyası, daxili nömrələrin, SIP bağlantılarının və zəng marşrutlarının konfiqurasiyası
  • CCTV, IP kameralar, NVR və videoarxiv sistemlərinin konfiqurasiyası, administrasiyası və texniki dəstəklənməsi
  • Serverlərin, şəbəkə xidmətlərinin və virtualizasiya resurslarının monitorinqi və optimallaşdırılması
  • İstifadəçi hesablarının, təhlükəsizlik qruplarının və giriş hüquqlarının idarə olunması
  • Kritik texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması
  • IT Support tərəfindən eskalasiya edilmiş mürəkkəb texniki problemlərin həlli
  • İT layihələrinin hazırlanmasında, yeni sistemlərin quraşdırılması, inteqrasiyası, sınağı və tətbiqində texniki iştirak
  • Skriptlər, avtomatlaşdırma və DevOps alətlərindən istifadə etməklə texniki proseslərin optimallaşdırılması
  • İT infrastrukturuna dair texniki sənədləşdirmənin aparılması və aktuallığının təmin olunması

Namizədə tələblər:

  • İnformasiya texnologiyaları və ya müvafiq texniki sahədə təhsil
  • Sistem inzibatçılığı üzrə minimum 3 il praktiki iş təcrübəsi
  • Windows Server 2019/2022/2025 üzrə praktiki administrasiya bacarıqları
  • Active Directory, DNS, DHCP, GPO, NTFS, DFS və RDS üzrə biliklər
  • Linux (Ubuntu/Debian) sistemlərinin administrasiyası üzrə biliklər
  • Virtualizasiya texnologiyaları (Proxmox VE, VMware və ya Hyper-V) üzrə praktiki təcrübə
  • TCP/IP, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə təhlükəsizliyi üzrə praktiki biliklər
  • Backup, Disaster Recovery, RAID və məlumat saxlama sistemləri üzrə biliklər
  • IP PBX, SIP, VoIP, SIP Trunk və IP telefonların konfiqurasiyası üzrə praktiki bacarıqlar
  • CCTV, IP kamera, NVR, PoE, ONVIF və videoarxiv sistemləri üzrə praktiki bacarıqlar
  • Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, texniki diaqnostika, skript hazırlanması və İT proseslərinin avtomatlaşdırılmasında tətbiq etmək bacarığı
  • Docker, Git, Linux və Bash/PowerShell skriptləri üzrə bilik və bacarıqlar
  • Server avadanlıqları, RAID və aparat səviyyəsində texniki nasazlıqların diaqnostikası üzrə biliklər
  • İT sənədləşməsi, şəbəkə və server konfiqurasiyalarının, prosedurların və dəyişikliklərin sənədləşdirilməsi bacarığı
  • Texniki problemləri müstəqil təhlil etmək və həll etmək bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili: Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət
  • Rus dili: Texniki ünsiyyət bacarığı arzuolunandır
  • İngilis dili: Texniki sənədləri oxuyub anlamaq bacarığı

Üstünlük veriləcək:

  • Virtual mühitlər üzrə praktiki təcrübə
  • Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə avadanlıqlarının administrasiyası üzrə təcrübə
  • Fortinet FortiGate Firewall, NAT, IPsec/SSL VPN və təhlükəsizlik siyasətlərinin konfiqurasiyası üzrə təcrübə
  • HPE ProLiant və Dell PowerEdge serverləri, RAID, iLO/iDRAC üzrə praktiki biliklər
  • Kaspersky Security Center sistemlərinin administrasiyası üzrə təcrübə
  • Grandstream, 3CX və Yealink IP telefoniya sistemləri üzrə təcrübə
  • Dahua və Hikvision CCTV, NVR və mərkəzləşdirilmiş videomüşahidə həlləri üzrə təcrübə
  • DevOps: CI/CD, Docker Compose və sistem konfiqurasiyalarının avtomatlaşdırılması üzrə təcrübə
  • Microsoft SQL Server infrastrukturu, DFS və RDS üzrə əlavə təcrübə
  • Microsoft, Linux, şəbəkə və informasiya təhlükəsizliyi üzrə sertifikatlar
  • Çoxfiliallı korporativ İT infrastrukturu ilə iş təcrübəsi

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)
  • İş saatı: 09:00 – 17:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir  
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sistem İnzibatçısı (System Administrator)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly556
  • Monthly1971