Steward (Təmizlik işçisi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Steward (Təmizlik işçisi)

  • Deadline 21 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış obyektlərimizə məsuliyyətli və çevik bəy namizəd Steward (Təmizlik işçisi) axtarırıq

Vəzifə öhdəlikləri:

  • Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək
  • Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək
  • Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək
  • Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək
  • Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək
  • Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək
  • Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq
  • Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək
  • Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək
  • Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək
  • Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək

 Namizədə tələblər:

  • Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
  • İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq
  • Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır

 İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)
  • Əmək haqqı: 700-800 AZN (nett)
  • İş yeri: TAİS – İKF MMC
  • Ünvan: Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Steward (Təmizlik işçisi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866