TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
- Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
- Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
- Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
- Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
- Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
- Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
- Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
- Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək
Namizədə tələblər:
- Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
- Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
- Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
- Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
- AutoCAD proqramında işləmək bacarığı
- MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
- İngilis və ya rus dili biliyi üstünlük hesab olunur
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: TAİS-İKF MMC
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.