Supervayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supervayzer

  • Deadline 14 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirinpay restoranı komandamıza təcrübəli, məsuliyyətli  “Supervayzer” axtarırıq  

Vəzifə öhdəlikləri:

  • Restoranın gündəlik fəaliyyətinin ümumi idarə olunmasını və iş prosesinin fasiləsiz təşkilini təmin etmək
  • Restoran əməkdaşlarının iş bölgüsünü aparmaq, işə davamiyyətinə və iş intizamına nəzarət etmək
  • Zal, bar və  kassa əməkdaşlarının fəaliyyətini koordinasiya etmək
  • Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək
  • Sifarişlərin düzgün qəbul olunmasını, hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək
  • Müştəri məmnuniyyətini daim nəzarətdə saxlamaq və yaranan narazılıqları operativ şəkildə həll etmək
  • Barın iş prosesinə, məhsulların düzgün istifadəsinə və xidmət standartlarına nəzarət etmək
  • Kassa əməliyyatlarının düzgün aparılmasını, ödənişlərin və hesablaşmaların qaydalara uyğun həyata keçirilməsini yoxlamaq
  • Mətbəx, bar, kassa və zal arasında düzgün iş koordinasiyasını təmin etmək
  • Restoranda təmizlik, səliqə, xidmət keyfiyyəti və daxili standartların qorunmasına nəzarət etmək
  • İş zamanı yaranan operativ problemləri vaxtında müəyyənləşdirmək və həll yolları tapmaq
  • Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına və restoran qaydalarını mənimsəməsinə dəstək olmaq
  • İşçilərin xidmət səviyyəsini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə məlumat vermək
  • Restoranın məhsul və materiallarından düzgün və səmərəli istifadəyə nəzarət etmək
  • Gündəlik iş prosesi, kassa və digər vacib məsələlərlə bağlı rəhbərliyə məlumat vermək

Namizədə tələblər:

  • Restoran və ya xidmət sahəsində müvafiq vəzifə üzrə 2-3 il iş təcrübəsi
  • Bar və kassa əməliyyatları anlayışının olması və bu sahələrdə iş prosesinə nəzarət edə bilmək
  • Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı
  • Güclü ünsiyyət və liderlik qabiliyyəti
  • Yaranan problemləri operativ şəkildə həll etmək və düzgün qərar vermək bacarığı
  • İş prosesini düzgün planlaşdırmaq və vaxtı səmərəli idarə etmək
  • Azərbaycan dilində səlis danışıq bacarığı , rus dili və ingilis dili biliyi üstünlükdür

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: Şirinpay restoranı

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Supervayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily97
  • Weekly574
  • Monthly1172