Vəzifə öhdəlikləri:
- Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrası.
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət.
- Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanması və icrasının təşkili.
- Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrası və iş keyfiyyətinə nəzarət.
- Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli.
- Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası.
- Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət.
- Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi.
- Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması.
- Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili.
Tələblər:
- Tikinti və Memarlıq sahəsində ali təhsil
- Tikinti üzrə norma və qaydalar üzrə biliklər
- Təmir-tikinti və mühəndis işlərində minimum 5 il praktiki təcrübə
- Layihə idarəetməsi bacarığı
- Texniki sənədlərlə (çertyoj, smeta, akt) işləmək bacarığı
- AutoCAD biliyi mütləqdir
- Liderlik və analitik düşünmə qabiliyyəti
CV-nizi mövzu hissəsində “Təmir-Tikinti Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.