Vəzifə öhdəlikləri:
- Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrasının təmin edilməsi
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət
- Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanmasının və icrasının təşkili
- Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrasına və iş keyfiyyətinə nəzarət
- Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli
- Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası
- Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət
- Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi
- Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması
- Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili
Tələblər:
- Tikinti və ya Memarlıq sahəsində ali təhsil
- Tikinti üzrə norma və qaydalar haqqında biliklər
- Təmir-tikinti və mühəndislik sahəsində minimum 5 il iş təcrübəsi
- Layihə idarəetməsi bacarığı
- Texniki sənədlərlə (çertyoj, smeta, akt və s.) işləmək bacarığı
- AutoCAD proqramını yaxşı səviyyədə bilmək (mütləqdir)
- Liderlik və analitik düşünmə qabiliyyəti
CV-nizi mövzu hissəsində “Təmir-Tikinti Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.