Təmir-Tikinti Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təmir-Tikinti Meneceri

  • Deadline 23 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrasının təmin edilməsi
  • Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət
  • Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanmasının və icrasının təşkili
  • Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrasına və iş keyfiyyətinə nəzarət
  • Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli
  • Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası
  • Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət
  • Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi
  • Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması
  • Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili 

Tələblər:

  • Tikinti və ya Memarlıq sahəsində ali təhsil
  • Tikinti üzrə norma və qaydalar haqqında biliklər
  • Təmir-tikinti və mühəndislik sahəsində minimum 5 il iş təcrübəsi
  • Layihə idarəetməsi bacarığı
  • Texniki sənədlərlə (çertyoj, smeta, akt və s.) işləmək bacarığı
  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək (mütləqdir)
  • Liderlik və analitik düşünmə qabiliyyəti

CV-nizi mövzu hissəsində “Təmir-Tikinti Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily101
  • Weekly568
  • Monthly2277