TAİS İKF MMC komandamıza peşəkar və təcrübəli Təmizlik meneceri (Cleaning Manager) axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müəssisənin bütün inzibati, istehsalat və ümumi istifadə sahələrində təmizlik işlərinin planlaşdırılması, təşkili və nəzarətini həyata keçirmək
- Təmizlik heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş qrafiklərini hazırlamaq
- Təmizlik standartlarının və sanitariya-gigiyena qaydalarının tətbiqini təmin etmək
- Təmizlik işlərinin keyfiyyətinə mütəmadi nəzarət etmək, aşkar edilmiş nöqsanların operativ şəkildə aradan qaldırılmasını təmin etmək
- Təmizlik işlərində istifadə olunan avadanlıq, inventar, yuyucu və dezinfeksiyaedici vasitələrin düzgün istifadəsinə nəzarət etmək
- Təmizlik materiallarının ehtiyac planlamasını aparmaq, ehtiyatların izlənilməsini və vaxtında sifariş edilməsini təmin etmək
- Təmizlik heyətinin işə adaptasiyası, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi proseslərində iştirak etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına riayət olunmasını təmin etmək
- Podratçı təmizlik şirkətləri ilə əməkdaşlığı koordinasiya etmək və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq və təqdim etmək
- Təmizlik proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək
- Şirkətin korporativ standartlarına uyğun təmiz, təhlükəsiz və səliqəli iş mühitinin qorunmasını təmin etmək
- Daxili auditlər, dövlət qurumları tərəfindən keçirilən yoxlamalar və sertifikatlaşdırma prosesləri zamanı təmizlik sahəsi üzrə tələb olunan sənədləri hazırlamaq və dəstək göstərmək
- Şirkətin əmlakının, inventarlarının və iş mühitinin qorunmasına dəstək göstərmək, aşkar edilmiş texniki və sanitariya problemləri barədə aidiyyəti şöbələri məlumatlandırmaq
Namizədə tələblər:
- Ali və ya müvafiq sahə üzrə peşə təhsili
- Təmizlik xidmətlərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
- Sanitariya, gigiyena və təmizlik standartları barədə biliklər
- Təmizlik proseslərinin planlaşdırılması, nəzarəti və hesabatlılığının aparılması bacarığı
- Problemlərin operativ həlli, qərarvermə və təşkilatçılıq bacarıqları
- Yüksək məsuliyyətlilik, intizamlılıq və nəticəyönümlülük
- Komandada işləmək və kollektivi idarə etmək bacarığı
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Dinamik və peşəkar iş mühiti
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmizlik meneceri (Cleaning Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.