Çertyojçu (Draftsman)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çertyojçu (Draftsman)

  • Deadline 14 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Obyektlərə yerində baxış keçirmək, otaq və sahələrin dəqiq ölçülərini götürmək, mövcud vəziyyəti və texniki xüsusiyyətləri qeydə almaq;
  • Aparılmış ölçülər əsasında ölçü planlarını və çertyojları hazırlamaq;
  • Obyekt üzrə toplanmış məlumatları ofisdə sistemləşdirmək, emal etmək və layihələndirmə üçün hazırlamaq;
  • Götürülmüş ölçülər və verilmiş texniki tapşırıqlar əsasında memarlıq çertyojlarını hazırlamaq və tərtib etmək;
  • Otaqların planlarını, avadanlıqların yerləşmə planlarını və layihə üzrə tələb olunan digər çertyojları hazırlamaq, zəruri düzəlişlər etmək;
  • Ölçü nəticələrini elektron formata köçürmək, çertyojların dəqiqliyini və obyektin faktiki vəziyyətinə uyğunluğunu təmin etmək;
  • Hazırlanmış layihə sənədlərini layihənin tələblərinə uyğun olaraq DWG (AutoCAD) və ya PLN (ArchiCAD) formatlarında elektron şəkildə təhvil vermək;
  • Memarın tapşırıqları və qeydləri əsasında çertyojlara müvafiq düzəlişlər etmək;
  • İşlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini və layihə sənədlərinin tərtibatı üzrə şirkətin daxili standartlarına riayət olunmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı;
  • Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı;
  • Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər zəruri ölçülər);
  • Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli;
  • Ərazinin və obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə köçürməyi bacarmalı;
  • Tikinti işlərinin layihəyə və verilmiş plana uyğunluğuna nəzarət etməyi bacarmalı;
  • DWG proqramını yaxşı səviyyədə bilməli;
  • ArchiCAD formatı ilə işləmək bacarığı arzuolunandır.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali (Müvafiq sahə üzrə);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Həm Bakı şəhərində, həm də regionlarda işləməyə açıq olmalı;
  • Şəxsi avtomobilinin olması tələb olunur;
  • Kollektivlə işləmək bacarığı; 
  • Məsuliyyətli, intizamlı və operativ olmaq.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Çertyojçu (Draftsman)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly323
  • Monthly1179